Yanukoviç iki oğlu ilə Rusiyaya qaçdı
Yanukoviç iki oğlu ilə Rusiyaya qaçdı

Putin ordunu ayağa qaldırdı

Ukraynanın eks-prezidenti Viktor Yanukoviç oğlanları Aleksandr və Viktorla birgə Rusiyadadır.Bu barədə Ukraynanın hüquq mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Krım yolunda oğul Yanukoviç Donetskdə oliqarx Rinat Axmetovun evində gecələyib.Ukraynanın keçmiş prezident Viktor Yanukoviçin ailəsinin varidatı 12 milyard dollarlıq var-dövləti var.Bu haqda Peterson adına Beynəlxalq İqtisadiyyat İnstitutunun baş elmi əməkdaşı, əvvəllər Ukrayna hökumətinin iqtisadi məsələlər üzrə məsləhətçisi işləyən Anders Aslund məlumat verib. Onun iddiasına görə, son 4 ildə Ukraynanı idarə edənlər görünməmiş talançılıqla məşğul olublar: “Bunun hesabına Yanukoviçin ailəsi var-dövlətinin miqdarı 12 milyard dollara çatıb”.
O qeyd edib ki, oğurlanan pulların heç olmasa bir hissəsinin geri qaytarılması üçün yeni Nazirlər Kabinetinə beynəlxalq yardım lazımdır.
Rusiya isə deyəsən aqressivləşir. Belə ki, prezidenti, Ali Baş Komandan Vladimir Putin Müdafiə Nazirliyinə Qərbi və Mərkəzi Hərbi dairələrinin qoşun və qüvvələrinin, eləcə də bəzi qoşun növlərinin döyüş hazırlığının qəfil kompleks yoxlanışını aparmağı tapşırıb.
S.Şoyqu Müdafiə Nazirliyinin iclasında deyib: "Rusiya Federasiyası prezidentinin sərəncamına uyğun olaraq, Qərbi Hərbi Dairənin qoşunları, eləcə də onun tərkibindəki birləşmə və hərbi hissələr, Mərkəzi Hərbi Dairənin ikinci ordusu, Hava-Kosmik Müdafiə komandanlığı, Hava-desant qoşunları, Uzaq və Hərbi-nəqliyyat aviasiyası həyəcan siqnalı ilə ayağa qaldırılıb".
Onun sözlərinə görə, V.Putin ölkənin hərbi təhlükəsizliyi üçün təhdid yaradan, eləcə də antiterror, sanitar-epidemioloji və texnogen xarakterli vəziyyətlərin həlli zamanı qoşunların döyüş qabiliyyətinin yoxlanılmasını tapşırıb.
Krımda isə vəziyyət mürəkkəbləşib. Krım tatarlarının bir qrupu Rusiya bayrağını Krım parlamentinin divarları önündə yandırıb. Onlar bu zaman “Krım Rusiya deyil” şüarını qışqırıblar. 20 nəfərdən çox tatar əllərinə taxta dəyənəklər alaraq yan qapılardan parlamentin binasına soxulublar. Onlar Yanukoviçin Regionlar Partiyasından olan spiker Vladimir Konstantinovu görmək istədiklərini deyiblər. Amma Krım tatarlarının lideri Rüfət Çubarov onları dəhlizdə qarşılayıb və sakitləşdirə bilib.
Mitinqdə iştirak edən Krım tatarlarının və rusiyapərəst qüvvələrin liderləri tərəfdarlarını meydandan dağılmağa çağırıblar. Aksiya iştirakçılarının yarıya qədəri meydandan çəkilib. R.Çubarov Krımın bütün millətlərinə müraciət edərək onları təxribatları önləməyə, məscidləri, sinaqoqları, digər mühüm obyektləri birgə qorumağa çağırıb.
Bundan öncə isə Krım parlamentinin binası qarşısında partlayış baş verib. Parlament deputatlarının verdiyi açıqlamada vəziyyətin çox gərgin olduğu deyilir.Belə ki, parlamentin qarşısında aksiya edən nümayişçilərin bir qrupu Muxtar Respublikanın Ali Şurasının binasına daxil olmaq niyyətinə düşmüşdülər.
Alı