Ərdoğandan sarsıdıcı zərbə
12:35 01-03-2014
İQTİSADİYYAT
Ərdoğandan sarsıdıcı zərbə
Rza Zərrab və nazir övladları azadlığa buraxıldı
Türkiyə gündəmi deyəsən dəyişir. Belə ki, gözlənilmədən Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab və sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin həbsxanadan azad edilməsi haqqında qərar qəbul edib. Təxliyə edilən 5 nəfər arasında sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan da var.
Onların sərbəst buraxılmasının səbəbi olaraq artıq barələrində lazımi dəlillərin toplandığı, sabit yaşayış yerlərinin olması, qaçmaq və ya dəlilləri yox etmək ehtimallarının olmaması göstərilib.Bundan başqa, təxliyə edilən 5 nəfər hər gün yaşayış yerlərinə yaxın jandarma idarəsinə gedib imza atmalıdırlar. Onların ölkə xaricinə çıxışı da yasaqlanıb.Ekspertlər hesab edir ki, əslində bu baş nazir Rəcəb Tayyib Ərdoğanın qələbəsi sayıla bilinər. Bundan öncə baş nazirlə oğlunun telefon danışıqlarının saxta olduğu aydınlaşandan sonra Ərdoğan növbəti gedişini etdi. Bununla da demək olar ki, ittihamları xeyli şəkildə yüngülləşdirə bildi. Müşahidəçilərin qənaiti budur ki, Ərdoğan bələdiyyə seçkilərinə qədər bu qalmaqalın zəifləməsinə çalışır. Və bələdiyyə seçkilərində qələbə qazanarsa bu cinayət işlərini ləğv etdirib,rəqiblərinə öldürücü zərbəsini vuracaq. Bu isə Fətulla Gülən tərəfdarlarının sıradan çıxarılması deməkdir.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53