Təhsil Nazirliyinin "saxta diplom" çarəsizliyi
12:38 01-03-2014
İQTİSADİYYAT
Təhsil Nazirliyinin "saxta diplom" çarəsizliyi
Nazirlik harada bu cür diplomlarla bağlı vəziyyəti üzə vurmur?
Son vaxtlar saxta diplomlar mövzusu yenidən gündəmə gəlib. Təhsil naziri Mikayıl Cabbarovun bu məsələdə sonadək problemin üzərinə gediləcəyinə işarələr vurması əslində problemin dərinliyindən xəbər verir.
Təhsil naziri son açıqlamalarının birində saxta diplomlarla bağlı danışarkən bildirib ki, araşdırma nəticəsində məlum olur ki, hansısa qanuni sənədin saxta sürəti çıxarılır və ya saxta sənəd qanuni sənəd kimi təqdim olunur. Nazir deyib ki, Təhsil Nazirliyi saxta diplom dedikdə məhz bu kateqoriyanı nəzərdə tutur.
Nazir onu da bildirib ki, digər məsələ isə qanuni diplomların qanun pozuntuları ilə verilməsidir. Amma maraqlıdır ki, bu məsələdə rəsmi strukturlar günahı daha çox vətəndaşın üzərinə atmağa çalışırlar. Lakin məlumdur ki, saxta diplomun vətəndaşa təqdim olunmasına qədər bu "prosedur" bir neçə mərhələ keçir. Həmin mərhələlərdə saxtakarlığın üzə çıxarılması üçün hansısa addımlar atılırmı?
Araşdırmalar göstərir ki, Azərbaycanda saxta diplomların verilməsi sistemlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Qəbul imtahanlarında keçid balı toplaya bilməyən məzun, xarici ölkələrin, xüsusilə də Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan universitetlərinə külli miqdarda pul ödəyərək, attestat qiymətləri ilə qəbul olur və tədrisin 2-3-cü illərində kifayət qədər böyük rüşvət müqabilində Azərbaycan Dövlət Universitetlərinə köçürülür.
- Qəbul imtahanlarında keçid balı toplaya bilməyən məzun, rektoratlığa rüşvət verməklə ya Ali Təhsil Müəssisələrinin rayon filiallarına, ya da ölkədə fəaliyyət göstərən özəl universitetlərə ya birinci, ya da birbaşa ikinci kursa qəbul olunur.
- Təhsil Nazirliyinin hər il hansı seriya nömrəsi ilə diplom verəcəyini bilən rektorlar saxta diplomlar çap etdirir və istədiyi kəsə satır.
Ekspertlər isə saxta diplom anlayışına bir neçə fərqli yanaşmanın olduğunu deyirlər. Birinci yanaşmaya görə 1992-ci ildən tətbiq olunmuş test üsulu ilə imtahan verməyərək, ali məktəblərə qəbul olunanların diplomları saxta sayılmalıdır. Eyni zamanda saxta diplomlu tələbələr bir tədris ilini Rusiyanın ali məktəblərinin filiallarında və ya Azərbaycanda qanunsuz fəaliyyət göstərən ali məktəblərdə təhsil alan, daha sonra isə ölkənin digər ali məktəblərin ikinci kursuna keçirilənlər sayılır. Ali məktəblərə bir gün belə getməyən, adları jurnalda, dekanlıqda olmayan şəxslərin aldıqları diplomlar da etibarsız sayılır. Bu zaman ali məktəblərin diplomları oxşadılaraq, ali məktəb və kolleclərin rəhbərlərinin imzaları oxşadılaraq diplom verilir. Bu da saxta diplomlar sırasına aid edilməlidir. Həmin ali məktəblərin rəhbərləri zaman-zaman onlara verilən diplomların seriyalarını, onların üz vərəqələrini skayn edərək diplom nümunələri çap edirlər. Daha sonra bunlar xeyli sayda vətəndaşlara paylanılır.
Hər il Təhsil Nazirliyinin saxta diplomlarla bağlı idarə və müəssisələrdə yoxlanış aparır, amma burada ən ilginc məqam ondan ibarətdir ki, kimlər yoxlama komissiyasına sərf edirsə həmin yerlərdə saxta diplomla bağlı məsələlər qabardılmır. Ümumiyyətlə, saxta diplomlarla bağlı müxtəlif təhsil ocaqlarında aşkarlanan faktların bir ucu məhz Təhsil Nazirliyinin "yuxarı" çevrələrinədək gedib çıxır. Burada kimlərsə müxtəlif kollec, institut və universitet filiallarının rəhbərlərini himayə edərək onlar vasitəsilə saxta diplomların paylanmasından öz paylarına düşəni alırlar.
Məsələn, Təhsil Nazirliyinin keçmiş aparat rəhbəri, yeni təhsil nazirinin isə müşaviri olan İlham Pirməmmədovun adının zaman-zaman məhz saxta diplomlarla bağlı gündəmə gəlməsi təsadüfi deyil və bizim yuxarıda yazdıqlarımızı dolayı yolla da olsa təsdiqləyir.
Ekspertlər hesab edirlər ki, saxta diplomların meydana gəlməsində birinci səbəbi Rusiyanın ali məktəblərinin və ya başqa ali məktəblərdən gələn şəxslərin sənədlərini ciddi yoxlamadan onları ikinci kursa götürməkdir. Onların sözlərinə görə, bu cür məmurların sayı on minlərlədir. Amma nədənsə Təhsil Nazirliyi belə məmurlarla bağlı araşdırmalar aparmağa, onların saxta diplomlarını aşkara çıxarmağa da həvəsli görünmür. Mikayıl Cabbarov və ətrafı saxta diplomlarla mübarizəni ilk növbədə məhz nazirlik daxilindən başlamalıdır, eyni zamanda bu prosesi geniş miqyasda, ayrı-seçkilik qoymadan, tamamilə şəffaf şəkildə həyata keçirməlidir.
Əks təqdirdə, saxta diplomlara qarşı mübarizə elə söz yığınından ibarət olaraq qalacaq, bu cür diplomların verilməsi isə davam edəcək.Bundan başqa artıq məlum olur ki, ölkədə elə işbazlar var ki, özləri saxta diplomlar düzəldərək satırlar. Elə bu günlərdə baş verən olayda buna əyani misaldır. Belə ki, özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8.0 min manat pul tələb edərək həmin məbləğin 3.700 manatını alıb, sonradan qalan 4.300 manatını alarkən cinayət başında yaxalanmışdı. Ekspertlər bildirir ki, əslində bunlar bir şəbəkədir və hansısa mətbəələrlə əlaqəyə girərək belə saxta diplomlar tərtib edirlər. Bunu isə həmən an müəyyənləşdirmək kifayət qədər çətindir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53