Ukrayna cibi boş, evi sökülmüş dilənçi halındadır
12:40 01-03-2014
İQTİSADİYYAT
Ukrayna cibi boş, evi sökülmüş dilənçi halındadır
Amma ayağa qalxma şansları çoxdur
Ukraynada vəziyyət get-gedə mürəkkəbləşir. Bir tərəfdən Krımda Rusiya demək olar ki, hakimiyyəti dolayı yolla ələ alaraq,ölkənin ərazi bütövlüyünü şübhə altına salır, digər tərəfdən isə Ukraynanın büdcəsi demək olar ki, tam şəkildə talan edilib. Hadisələrin bu şəkildə inkişafı isə sözsüz ki, yaxşı heç nə vəd etmir.
Bununla bağlı artıq beynəlxalq təşkilatlar konkret addımlar atmağa hazırlaşır və yəqin ki, yaxın vaxtlarda Ukraynaya hansısa dəstəklər veriləcək. Amma Krım məsələsində ki, müəmmalar qalmaqdadır. Görünür bunu nəzərə alan Ukrayna parlamenti məsələnin beynəlxalq müstəviyyə keçməsinə çalışır. Belə ki, Ukrayna dövləti Krımda yaranmış durumun araşdırılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyə hazırlaşır. Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov bildirib ki, Ukrayna BMT TŞ-dən Krımdakı situasiyanın monitorinqini aparmağı və ölkənin suverenliyinin pozulması halında tədbirlər görməyi xahiş edəcək. Ali Rada 1994-cü ildə imzalanmış Budapeşt Memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatçısı olan dövlətlərə (ABŞ, Britaniya, Rusiya) rəsmi müraciət ünvanlayıb. Müraciətdə Krım Muxtar Respublikasında son günlər baş verənlərdən, o cümlədən hərbi müdaxilədən narahatlıq ifadə olunur və bunun Memorandumun pozulması olduğu bildirilir. Parlamentarlar silahlı şəxslər tərəfindən Krımda dövlət binalarının və hava limanının ələ keçirilməsindən, eləcə də Rusiya ordusuna məxsus hərbi texnikanın Ukrayna tərəfi ilə razılaşdırılmadan hərəkətindən dərin narahatlıq keçirdiklərini ifadə ediblər: “Bununla əlaqədar Ali Rada Rusiyadan Ukraynanın ərazi bütövlüyünə qəsd əlamətləri daşıyan hərəkətlərə və separatizmə verdiyi dəstəyə son qoymağı tələb edir”. “Unikal”a açıqlama verən millət vəkili Fərəc Quliyev hesab edir ki, Ukraynada durum daha da gərginləşə bilər:-“Durum kifayət qədər normaldır və hesab edirəm ki, Rusiya köhnə ənənəsini davam etdirir. Belə ki, bu ölkə possovet məkanının demək olar ki, əksər bölgəsində münaqişə ocaqları yaradır və bu yolla da həmin dövlətlərə təsir etməyə çalışır. Hazırda Krımda da bu prosesi həyata keçirirlər. Mən hesab edirəm ki, Krımda vəziyyət daha da mürəkkəbləşə bilər, hətta qanda tökülə bilinər. Amma Rusiya Krımı Ukraynadan ayıra bilməyəcək və bir müddətdən sonra Ukrayna bu bölgədə ki, nəzarətini bərpa edəcək. Bu məsələdə beynəlxalq gücləri də nəzərə almaq vacibdir”. Maraqlıdır, bəs Ukrayna maliyyə problemlərini hansı yolla həll edə biləcək. İqtisadçı ekspert Razi Abbasbəyli iddia edir ki, Ukrayna Avropa üçün sadəcə baş ağrısı olacaq:-“ Bu gün Ukrayna büdcəsində cəmi 700 milyon dollar pul var ki, buda heç bir problemin həllinə dəstək ola bilməz. Amma hesab etmirəm ki, ölkədə sosial partlayış olsun. Çünki ölkənin enerji problemləri atom elektrik stansiyasından əldə olunan enerji vasitəsi ilə təmin edilir, qaz Rusiyadan alınır və bu şəkildə də davam edəcək. Belə olan halda Ukrayna yüngül sənayesini qoruya biləcək. Bundan başqa Avropa Birliyidə Ukraynaya dəstəyə hazırlaşır və Beynəlxalq Valyuta Fondu ilə razılaşma əldə olunacaq. Həmçinin Rusiya ilə əldə olunmuş razılaşmaya görə bu ölkədə Ukraynaya 15 milyard dollarlıq kredit verəcək. Düzdür hazırda situasiya dəyişib. Amma buna baxmayaraq Rusiya pulu verməyə hazır olacaq. Çünki 15 milyard pulu verməklə əslində Ukraynanı özündən aslı duruma salacaq. Belə olan halda çox böyük ehtimal ki, Ukraynanın yeni höküməti bu puldan imtina edəcək və ümidlərini Avropaya dikəcək. Avropaya gəldikdə isə Ukrayna Avropa Birliyi üçün növbəti Yunanıstana çevriləcək. Bildiyiniz kimi uzun müddətdir ki, Yunanıstan Avropa Birliyinin ayırdığı pullar hesabına mövcudluğunu qoruyub saxlayır. İndi isə Ukrayna ikinci yük kimi Avropa Birliyinin üzərinə düşəcək. Təxmini hesablamalara görə Ukraynanın ayaqda qalması üçün Avropa Birliyi hər il təxminən 15-20 milyard dollar pul verməli olacaq. Amma Ukraynanın geostrateji rolunu nəzərə alaraq Avropa bunu etməyə
məcburdur”.Beləliklə aydın olan budur ki, Ukrayna sözün həqiqi mənasında dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir və bəzi ekspertlər hesab edir ki, Ukrayna istənilən halda yenidən Rusiya ilə münasibətlərini bərpa etməlidir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53