Mahmud Məmmədquliyev: "Azərbaycan Norveç və İsveçrə ilə readmissiyalar haqqında saziş imzalayacaq"
13:11 01-03-2014
SİYASƏT
Mahmud Məmmədquliyev: "Azərbaycan Norveç və İsveçrə ilə readmissiyalar haqqında saziş imzalayacaq"
Azərbaycan Norveç və İsveçrə ilə readmissiyalar haqqında saziş imzalamağa hazırlaşır.
Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün analoji sazişi Avropa İttifaqı (Aİ) ilə imzalayıb ki, bu da ölkəyə sadələşdirilmiş viza rejimi və səfər qaydasını təqdim edəcək.
Ötən ilin noyabrında Vilnüsdə Aİ sammiti çərçivəsində Azərbaycan və Aİ arasında da viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanmışdı. M.Məmmədquliyev qeyd edib ki, bu, Aİ-nin üzv ölkələri ilə ayrılıqda belə sazişlərin imzalanmasını tələb etməyəcək: "Biz Norveç və İsveçrə ilə sazişlərin imzalanması üzərində çalışırıq. Şengen zonasına daxil olan həmin ölkələrin Aİ ilə sıx əlaqələri var. Fikrimcə, onlar da tezliklə sazişi imzalamağa hazır olacaqlar".
Nazir müavini bildirib ki, Aİ ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişin qüvvəyə minməsi üçün onun Avropa Parlamenti və Milli Məclisdə ratifikasiyası ilə bağlı işi başa çatdırmaq lazımdır: "Hər şey sazişin nə qədər tez ratifikasiya olunmasından asılıdır. Bu, yaxın aylarda gözlənilir. Zənnimcə, saziş ilin ikinci yarısında qüvvəyə minəcək".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53