Azərbaycandakı "Mc Donalds"lar yenidən ittiham hədəfində
12:11 04-03-2014
İQTİSADİYYAT
Azərbaycandakı "Mc Donalds"lar yenidən ittiham hədəfində
Restoranlar şəbəkəsində sağlamlığa təhlükə!
Bakıda Nizami küçəsində yerləşən "Mc Donalds" məhkəməyə veriləcək. Buna səbəb "Mc Donalds"da qida məhsulunun içindən ilbiz çıxmasıdır.
Hadisə ilə bağlı həmin məkanın daimi müştərilərindən olan Rolan Məmmədov bildirib. O, qeyd edib ki, iki gün əvvəl təxminən 11:30 radələrində "Mc Donalds"a daxil olaraq "Sezar" salatı və "Qamburger" sifariş edib: "Salatı yeməyə başlamışdım ki, gördüm içində ilbiz var. Əlbəttə ki, bu barədə inzibatçıya şikayətimi bildirdim. O, isə gülə-gülə dedi ki, belə şeylər olur və buna qarşı heç nə edə bilmərik. Mən bu münasibətə görə, ona narazılığımı bildirdim ki, axı buna görə sizdə problem yarana bilər. Məsul şəxs isə cavabında dedi ki, gedin kimə istəyirsiz şikayət edin - görək kim bizə nə edə bilər?!".
Salatından ilbis çıxan vətəndaş ona dəyən maddi və mənəvi ziyana görə "Mc Donalds"ı məhkəməyə verməkdə israrlıdır. "Mən hadisəyə biganə qalmayacam. Məsələni ictimailəşdirməliyik ki, vətəndaşa qarşı bir də belə hörmətsizlik olmasın. Hazırda mən onları məhkəməyə verməyi düşünürəm. Əgər qarşı tərəf bunu inkar etsə, onda təhlükəsizlik kamerasının açılmasını tələb edəcəyəm. Orda başıma gələn hadisələr lentə qeydə alınıb" - deyə şikayətçi bildirib.
Xatırladaq ki, Azərbaycandakı "Mc Donalds" restoranları ilə bağlı istər vətəndaşların, istərsə mütəxəssislərin müxtəlif vaxtlarda şikayət və narazılıqlarına rast gəlinib. Ekspertlər hesab edirlər ki, "Mc Donalds" uşaqların həyatına sui-qəsd hazırlayır. Belə ki, dünyada istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan İnternational Consumer Union adlı təşkilat var. Onlar mütəmadi olaraq insanların fastfooddan , yarımfabrikat qidalardan, qurudulmuş undan hazırlanmış çubuqlardan, çipsilərdən, dəfələrlə eyni yağda bişirilmiş kartoflardan uzaq durmaları üçün anti-reklam kampaniyaları aparır. Avropada kampaniyaların davamlılığı, qeyri-hökümət təşkilatlarının ciddi səyi insanları təbii qidalanmaya yönəldir. Dönər hazırda demək olar ki, türklərin sayəsində bütün dünyaya ayaq açıb. Hər yerdə də bu fastfood rolunu oynayır. Ancaq bizdə vəziyyət daha acınacaqlıdır. Dönər mənşəyi məlum olmayan ətdən hazırlanır. Ayaqüstü hazırlanan və yeyilən dönər küçədə toz torpağın döyənəyinə çevrilir. "Mc Donalds" isə bütün dünyanın gələcəyinin məhvinə hesablanmış bir şəbəkədir. Rəngarəngliklə uşaqları cəlb edib sağlamlıqlarına elə bir zərbə vururlar ki, bu zərbələr ömürlərinin sonuna qədər müxtəlif xəstəliklərlə onları izləyir. Valideynlər övladlarını zərərli qidalardan qorumağa borcludur. Gələcək nəsli sağlam görmək istəyiriksə, süni, mənşəyi qeyri-məlum qidalardan qaçmalıyıq.
Mütəxəssislərin bu cür rəylərini bir çox ölkələrdə "Mc Donalds" restoranlarının bağlanması, bəzi ölkələrdə isə belə restoranların fəaliyyətinə ümumiyyətlə icazə verilməməsi də təsdiqləyir.
Hesab etmək olar ki, adıçəkilən restoranlar şəbəkəsi ilə bağlı ortaya çıxan yeni narazılıq faktı bir daha "Mc Donalds" qidalarının sağlamlığımıza nə qədər təhlükə yaratdığı mövzusunu gündəmə gətirəcək. Eyni zamanda bu restoranlar şəbəkəsinin ölkəmizdəki fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bir neçə il əvvəl başlayan və sonradan unudulan müzakirələrin də yenidən canlana biləcəyini təxmin etmək mümkündür.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17