Metroda dəhşətli intihar cəhdi

Metroda dəhşətli intihar cəhdi

25 yaşlı oğlanın qolu kəsildi
Son zamanlar Azərbaycanda intihar halları kifayət qədər artıb. əsasən özünü yandırmaqla intihar edənlər üstünlük təşkil edirdi və bu proses Qarabağ əlili Zaur Həsənovun özünü yandırmasından sonra aktivləşmişdi.
İndi isə bir gənc intiharın yeni üsuluna əl atıb. Belə ki, 25 yaşlı gənc özünü metroda qatarın altına atıb. Təcilli Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə bu gün metronun "Ulduz" stansiyasında qeydə alınıb.25 yaşlı oğlan (kimliyi hələ məlum deyil) özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcilli tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb. Onun sağ qolu amputasiya olunub. Bakı Metropolitenindən də bildirilib ki, "Ulduz" stansiyasında bir nəfər özünü "Nərimanov" stansiyasından gələn qatarın altına atıb. Bu səbəbdən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb. Metropolitendən o da bildirilib ki, özünün qatarın altına atan şəxs xilas edilib.
İnformasiya şöbəsi