Təlxəyin dramatikləşməsi və ya Yerevanın oyuncağı indi nə istəyir?
12:33 06-03-2014
SİYASƏT
Təlxəyin dramatikləşməsi və ya
Yerevanın oyuncağı indi nə istəyir?
"Haqqı ödənilərsə, istənilən işi görmək olar" prinsipi ilə yaşayan və çalışan, dar dairələrdə geniş tanınan şəxslər yaşadıqları dövlətin maraqlarını çox ucuza, mənafelərini dəyər-dəyməzinə satmağı fərasət bilirlər.
Azərbaycan vətəndaşı olan, amma sonradan Azərbaycana düşmən kəsilənlər də var və belələrindən biri də özünü "Fəxrəddin Əboszodə" adlandıran Fəxrəddin Abbasovdur.
Ekstremizm və separatçılıq təbliğatı aparan bu şəxs indi Moskvadadır.
O, Rusia paytaxtında ölkəmizə və vətənimizdə yaşayan xalqlara qarşı aşkar böhtanlar atmaqla yanaşı, Azərbaycanda etnik zəmində qarşıdurma yaratmağa çalışan qüvvələrin marionetkalarından biridir.
F.Abbasov "Talış Xəbər Agentliyi" adlandırdığı "internet saytı"nda, əslində isə bloqunda "Rusiya Strateji Tədqiqatlar İnstitutu Azərbaycanın lobbisi rolunda?" başlıqlı məqalə dərc etdirib.
Məqalədə Fəxrəddin Abbasov guya Azərbaycanın mövcud hakimiyyəti tərəfindən RF-dəki lobbiçilik fəaliyyəti üçün bir milyard dollaradək vəsaitin xərcləndiyini qeyd edib. O, adlarını açıqlamadığı bir neçə mənbənin məlumatına istinadən bildirib ki, guya Rusiyanın Azərbaycandakı səfiri rəhbəri olduğu qurumun işçiləri tərəfindən KİV-lərdəki məqalələrə dair RF XİN üçün hazırlanan təhlili arayışlarda Rusiya əleyhinə yönəlmiş fikirlərin əks olunmasının qarşısını alır. Bununla da səfir guya Azərbaycan hakimiyyətinin Rusiya rəhbərliyi qarşısında müsbət imicinin formalaşdırılmasına çalışır.
Eyni zamanda Fəxrəddin Abbasov rusiyalı politoloq Yevgeni Baxrevskinin "Talışıstan ostanı"nın İran olduğuna dair söylədiklərinə münasibət bildirərək, sonuncunu tənqid etmiş və onun rəsmi dövlət institutunun işçisi olduğundan dərc etdiklərinin Rusiyanın mövqeyi kimi qiymətləndirildiyini və nəticədə İranla Rusiya arasında münasibətlərin gərginləşməsinə səbəb olacağını vurğulayıb.
Belə absurd açıqlamalarla çıxış edən F.Abbasovun növbəti dəfə paranoyaya qapılmasının səbəbi isə M.V.Lomonosov adına MDU-nun iqtisadiyyat fakültəsində, azərbaycanlı yazıçı-tarixçi Adıgözəl Məmmədovun "Avrasiya inteqrasiyası kontekstində böyük slavyan-türk birliyi haqqında" kitabının təqdimatının keçirilməsi və "Slavyan-türk ittifaqı: keçmişi və gələcəyi" adlı seminar təşkil olunmasıdır.
Rusiya Strateji Tədqiqatlar İnstitutunun böyük elmi işçisi, Azərbaycan üzrə əsas mütəxəssis olan Yevgeni Baxrevski çıxışında slavyan və türk etnosları arasındakı çox sıx bağlardan bəhs edib.
Tədbirin moderatoru - Moskva Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin isə qeyd edib ki, "bu cür dəyirmi masalar Rusiya və Azərbaycan arasında Sovet İttifaqının dağılması nəticəsində pozulmuş əlaqələri bərpa etməli və bu gün aktual olan Avrasiya Birliyi üçün zəmin hazırlamalıdır". Onun sözlərincə, sovet dönəmində Bakı beş sovet şəhərindən biri və nəhəng bir məkanın mədəni kodunu müəyyən edən "mədəniyyət ocağı" idi. Zarifullinin fikrincə, Rusiya və Azərbaycan intellektual elitaları arasındakı bu potensial bu gün də qorunub saxlanıb. Tarixi inkişaf vahid sivilizasiya məkanı quran, hər birinin öz töhfəsini verdiyi slavyan-türk ittifaqını öncədən zəruri edib. "Slavyan-türk ittifaqı Avrasiya inteqrasiyasının prinsipial əsasıdır. Rusiya və Azərbaycanın gələcəyi qardaşlıq ittifaqındadır", - deyə Mosva Lev Qumilyov Mərkəzinin direktoru əlavə edib.
Ermənilərlə çox sıx əlaqələrdə olduğunu heç zaman gizlətməyən və indiyədək dəfələrlə Yerevanda müxtəlif "tədbirlər"ə qatılan F.Abbasovun isteriyası, göründüyü kimi, anlaşılandır.
Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişafı, Moskvanın Bakını Cənubi Qafqazda strateji tərəfdaş kimi gördüyünü bəyan etməsi F.Abbasovla bahəm, onun havadarlarını və sahiblərini də sinirləndirir, təbdən çıxarır.
Rusiyadakı ultraşovinist və millətçi qüvvələrlə yanaşı, Ermənistan da Moskva-Bakı təmaslarının intensivliyindən narahatdır.
Belədə onlar bütün vasitələrə əl atır, hətta F.Abbasov kimi başabəla "alim"lərdən yararlanmağa çalışır, indiyədək özlərini dəfələrlə ifşa etmiş buyruq qullarının "ədalət axtarış"larını nümayiş etdirməklə guya məqsədlərinə çatacaqlarını düşünürlər.
Təbii ki, şimal qonşumuzla münasibətlərin inkişafı Ermənistanı təlaşa saldığı üçün Yerevandakı xüsusi xidmət orqanları bütün vasitələrdən yararlanmağa çalışır, o cümlədən F.Abbasov kimi səs salaraq diqqəti özünə cəlb etməyə can atan fiqurları ortaya atırlar.
Lakin Yerevan və onun böyük oyunda iştirakçı olmaq niyyəti ilə irəli sürdüyü oyuncaqları məqsədlərinə hələ də çatmayıblar.
Çatmaları da mümkün deyil, çünki dövlətlərarası münasibətlər ciddi ünsür olduğundan həmin müstəvidə oyuncaqların yeri görünmür.
Özünü "alim və politoloq" adlandıran Fəxrəddin Abbasovlar qarabasmalarını gerçək kimi qələmə versə belə.
Nail
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35