Politoloq: "Putinin Ərdoğana dəstək verməsi aktuallaşa bilər"
11:23 19-03-2014
SİYASƏT
Politoloq: "Putinin Ərdoğana dəstək verməsi aktuallaşa bilər"
"Türkiyədə baş verənlər Türkiyənin təkcə daxili məsələsinə aid edilə bilməz. Onların regional təsiri var və olmalıdır. Türkiyənin daxilində indi baş verənlər hərbçilərin üstünlüyünə gətirib çıxara bilər. Türkiyənin ictimai-siyasi həyatında hərbçilərin üstünlük qazanması birmənalı şəkildə Azərbaycanın və onun Dağlıq Qarabağ probleminin həllinin xeyrinədir".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, hətta türk hərbçilərin 90%-ni azərbaycanlı hesab etmək olar: "Türkiyədə Ərdoğanın həbs etdirdiyi hərbçilər yenicə həbsdən azadlığa buraxılıblar. Hərbçilərin yaxın zamanlarda siyasi strukturlaşması mümkün deyil. O parametr ki, Ərdoğanı Türkiyə hərbçiləri ilə mübarizə aparmağa vadar edirdi, onun müttəfiqi idi, indi o parametr Ərdoğanın düşmənidir. Bu parametrin adı Fətullah Güləndir. Bələdiyyə seçkiləri isə qapının ağzındadır. Ərdoğanın partiyası bələdiyyə seçkilərini udmayacaqsa, istefa verməli olacaq".
M.Əhmədoğlunun sözlərinə görə, Ərdoğanın 10 illik hakimiyyəti rus-türk münasibətlərinin ən qızıl dövrlərindən biri hesab edilə bilər: "Bəlkə də Stalin olmasaydı, Atatürk-Lenin dostluğu bu regionda tamamilə fərqli bir vəziyyət yaradacaqdı. Stalinin hansısa amillərin təsiri altında Atatürkdən şübhələnməsi və Zəngəzuru ermənilərə verməsi ümumilikdə Lenin Rusiyası ilə Atatürk Türkiyəsinin münasibətlərində neqativliyin bünövrəsini qoydu. Ərdoğanın Türkiyəsi Rusiya üçün problem yaratmadı. Əksinə, Rusiyaya qarşı problemlərin yaranmasını qarşısını aldı. Çərkəz məsələsində Ərdoğan hökuməti indi də əvvəlki mövqeyindədir. Şimali Qafqazın Rusiyadan ayrılması çərkəz məsələsindən asılıdır. Rusiyanın strateji müttəfiqi Ermənistan çərkəz soyqırımını tanıdığı halda, rusların strateji düşmən hesab etdiyi Türkiyə hökuməti çərkəz məsələsində Rusiyanın xeyrinə mövqe tutub".
Politoloq deyib ki, 30 mart bələdiyyə seçkiləri təkcə Ərdoğanın və onun partiyasının taleyinin deyil, çox böyük ehtimalla Türkiyənin regional və xarici siyasətini də müəyyənləşdirəcək: "Nurçuluğu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin anti-SSRİ vasitə kimi də yaratması sirr deyil. Bütün bunları nəzərə alaraq Rusiyanın, şəxsən V.Putinin diqqətinin Rusiya-Türkiyə münasibətlərinə yönəlməsi mühüm məsələdir. V. Putin Ərdoğan hökumətinə iqtisadi, enerji layihələrində müəyyən güzəştlərlə dəstək verə bilər. Bu dəstək Türkiyə ictimaiyyətinə ola bilər, gec təsir etsin. Lakin Qarabağ tənzimlənməsi mövzusunda Ərdoğana verdiyi dəstək Türkiyə ictimaiyyətində dərhal reaksiya yarada bilər. Ərdoğan Sankt-Peterburqda V.Putinlə görüşərkən Türkiyə ilə Rusiya arasında Qarabağ tənzimlənməsi üzrə razılaşmanın olduğunu bildirdi. Ərdoğanın verdiyi bu bəyanat indi həqiqiliyini təsdiq etməlidir. Əgər belə razılaşma varsa, onun indi reallaşması faydalıdır. O da nəzərə alınmalıdır ki, Ərdoğan hökuməti ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi üzrə verdiyi kart-blanşı reallaşdırmadı. Ola bilər Ərdoğan o zaman Rusiya amilini nəzərə alıb. İndi V.Putinin Ukrayna məsələsinə başı hədsiz qarışıq olsa da, Türkiyə ilə bağlı məsələləri gözdən keçirməsi çox yerində olardı".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53