Tolerantlığa zərbə terrorun çiçəklənməsidir
10:57 28-03-2014
SİYASƏT
Tolerantlığa zərbə terrorun çiçəklənməsidir
Erməni lobbisi bütün gücünü işə salıb
Bu gün Azərbaycanda ən həssas məqamlardan biri və birincisi sözsüz ki, milli-dini tolerantlığın qorunması və millətlərarası münasibətlərin inkişaf etdirilməsidir. Çünki hər zaman bu prinsiplər qorunsada artıq müəyyən qüvvələr var ki, ilk addımda Azərbaycanda ciddi süni münaqişələr yaratmağa çalışırlar. Bu baxımdan bir neçə gün öncə Avropa Parlamentində talış problemi ilə bağlı müzakirənin təşkilini xüsusi ilə qeyd etmək lazımdır.
"Minsk prosesinə alternativ axtarışı" mövzusundakı konfrans, Avropa Parlamentinin binasında, özü də az tanınan rumın deputat, Avropa Parlamentinin üzvü Çaba Şoqorun təşəbbüsü ilə keçirilib. Tanınmış avropalı ekspertlər qismində isə Lion Təhlükəsizlik və Müdafiə Məsələləri Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Talin Papazyan və Aİ məsələləri üzrə məsləhətçi Nikolas Tavityanın adı çəkilir. Gördüyünüz kimi ekspertlərin hər ikisi ermənidir və bu konfransın baş tutması üçün erməni lobbisi kifayət qədər aktivlik göstərmişdi. Xatırladaq ki, bundan öncədə erməni lobbisinin maliyyə dəstəyi ilə talış separatçısı Əlikram Hümbətov Ermənistana səfər etmişdi və Dağlıq Qarabağda talış dilində radionun açılışında iştirak etmişdi. Ermənistan tərəfi ümumilikdə artıq 5 ildən çoxdur ki, Azərbaycanda talış separatizminin inkişafı üçün əlindən gələni edir. Hətta müxtəlif təşkilatlar belə yaradaraq Ədliyyə nazirliyindən mənfi rəy alır və bu rəyi beynəlxalq təşkilatlara nümayiş etdirərək Azərbaycanda milli azlıqlara qarşı təzyiqlərin olması rəyini yaratmağa çalışırlar. Bundan başqa şimal bölgəsində dini və milli zəmində də müxtəlif toqquşmaların yaradılmasına cəhdlər edilir. Məhz real terror təhlükəsi də bu bölgədən gəlir. İstər narkotik ticarətin inkişafı, istərsədə terror aksiyalarının təşkili Ermənistan üçün ən ümdə məsələdir. Elə buna görə də ölkənin güc strukturları daha da səfərbər olunublar. Elə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun açıqlamasıda buna əyani misaldır. "Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini birmənalı olaraq uğurlu hesab etmək olar. Kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürləri ilə mübarizədə yüksək nəticələr əldə edilib", - deyə E.Mahmudov bəyan edib.Onun sözlərinə görə, Azərbaycan Respublikasının, o cümlədən onun Silahlı Qüvvələri əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, habelə terrorçuluğa qarşı mübarizə daim Milli Təhlükəsizlik Nazirliyinin diqqət mərkəzindədir."Məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində dövlət təhlükəsizliyinə zərər vurmağı, terrorçuluq əməlləri hazırlamağı, qanunsuz olaraq böyük miqdarda odlu silah əldə etməyi və digər cinayətlər törətməyi planlaşdıran terrorçu dəstələr vaxtında ifşa edilir. Nazirlik narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə də mübarizə sahəsində fəaliyyətini uğurla davam etdirir. Son illər ərzində transmilli mütəşəkkil cinayətkar dəstələrdən və ayrı-ayrı şəxslərdən tonlarla narkotik vasitə aşkar edilərək götürülüb", - deyə nazir qeyd edib.O vurğulayıb ki, nazirliyin yerinə yetirdiyi xüsusi funksiyalar arasında birinci yerdə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli məsələsi durur."Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması milli təhlükəsizlik orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunmalıdır ki, Milli Təhlükəsizlik Nazirliyi erməni terrorçuluğu ilə uğurla mübarizə aparır, uzun illər boyunca müxtəlif erməni terror qruplaşmalarının üzvlərinin ölkəmizdə terror aktlarının təşkili və ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısı alınır", - deyə E.Mahmudov bildirib. Son zamanlar yaranan başqa bir təhlükə Sumqayıtda başlamaqdadır. Belə ki, müəyyən radikal qruplaşmalar bu şəhərdə kök atıblar və əsas məqsədləri gəncləri ələ keçirərək Suriyadakı savaşa cəlb etməkdir. Ekspertlər hesab edir ki, bu proses ağır sonluqla tamamlana bilər və orada döyüşüb geri qayıdan şəxslər real təhlükəyə çevriləcəklər. Elə bu günlərdə Suriyada döyüşərək geri qayıdan bir nəfər həbs olundu. Məlumat görə, saxlanılan şəxs 1988-ci il təvəllüdlü Rasim Bədəlov 6 ay əvvəl Suriyadan qayıdıb. Onun yaşadığı mənzildən "Kalaşnikov" markalı avtomat, əl qumbarası və ekstremist xarakterli dini ədəbiyyat aşkarlanıb. Dindirilmə zamanı tutulan şəxs silah-sursatı Azərbaycanda əldə etdiyini bildirib.
O, Suriyaya Türkiyənin Hatay vilayətindən keçdiyini, bu barədə doğmalarına heç bir məlumat vermədiyini deyib. Rasim Bədəlov Suriyada Əsəd rejiminə qarşı döyüşdüyünü, sonradan isə onların qəddarlığını görüb, bundan qorxduğu üçün geri dönməyə qərar vediyini etiraf edib.
O, səhf yolda olduğunu da boynuna alıb. Rasim Bədəlov idmançıdır və vəhhabi təriqətinə mənsubdur. Saxlanılan şəxsin ötən il Sumqayıtda baş verən sələfi və xəvaric təriqətlərindən olan şəxslər arasında silahlı insidentdə iştirakı da istisna edilmir.
Bu arada Suriyada çeçen millətindən olan bir şəxsin komandanlığı altında azərbaycanlılardan ibarət dəstənin Suriyanın əl-Bab şəhərini ələ keçirdikləri barədə məlumatlar dolaşır.
Çeçen komandirin nəzarətində Qafqaz millətlərindən olan qruplar və xeyli sayda avtomobil var. Bu dəstələrdə keçmiş sovet ölkələrindən 10 mindən artıq mücahid var, Qafqazlıların sayı isə 1000 nəfərdir. Bu dəstələrin döyüşçüləri arasında milli qarşıdurmaların başladığı bildirilir. Həmçinin Suriyada son günlər öldürülən azərbaycanlılardan daha birinin Sumqayıt sakini olduğu məlum olub.Öldürülən azərbaycanlı komandir "Musab Abdurahim Abdulmacid" ləqəbi ilə tanınan Sumqayıt sakinidir. Onun əsl adı açıqlanmır.Mücahidlər onun meyitinin fotosunu da sosial şəbəkələrdə paylaşıblar.Xatırladaq ki, "Musab Abdurahim Abdulmacid" Suriyada "İraq Şam Dövləti" silahlı qruplaşması tərkibində vuruşan azərbaycanlıların keçmiş komandiri "Əbu Yəhya" öldürüldükdən sonra komandir təyin olunmuşdu.Qeyd edək ki, martın 22-də Suriyada "İraq Şam Dövləti" silahlı qruplaşması ilə "Kürd YPG" qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb.Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir. Öldürülənlərin əksəriyyəti Sumqayıt sakinləridir. Onların arasında yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Bayramov Ceyhun Süleyman oğlu da var.Məlumata görə, Ceyhun Bayramovun bacısı da hazırda Suriyadadır.Ekspertlər hesab edir ki, bu problemin həlli üçün hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətdə aktivlik nümayiş etdirməli və maarifləndirmə işinə xüsusi diqqət ayrılmalıdır. Qeyd edək ki, bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərinin maarifləndirilməsi üçün seminarlara start vermişdi. Daha bir yenilik isə Qafqaz Müsəlmanları İdarəsindən oldu.Belə ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən çap edilən "Vəhhabi cərəyanı" kitabı ölkədəki məscidlərə paylanır. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ sədrinin müavini, müfti Hacı Salman Musayevin redaktorluğu və Yusif Bağırovun tərcüməçiliyi ilə Ayətullah Cəfər Sübhaninin müəllifi olduğu "Vəhhabi cərəyanı" adlı kitab çapdan çıxıb. Kitab Qafqaz Müsəlmanları İdarəsinin nəzdindəki Elmi-Dini Şuranın qərarı ilə nəşr edilib. Kitab Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekpertizasından keçib və komitənin 12 fevral 2014-cü il tarixli DK-53/B saylı məktubuna əsasən çap olunmasına icazə verilib. Kitabın məscidlərə paylanması Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təmin edilib.Beləliklə gördüyümüz kimi bir başa erməni lobbisinin dəstəyi ilə Azərbaycanda milli-dini tolerantlığa ağır zərbə vurmağa olan cəhdlərin sayı artıb.Çox qəribədir ki, bu cəhdlərə bəzi qərb ölkələri səviyyəsində belə dəstək olunur. Öncələr ABŞ-da ikili mövqe nümayiş etdirirdi və sonradan analitiklər Azərbaycanda radikalizmə meylin olduğunu gördülər və Azərbaycan hakimiyyəti ilə eyni mövqeni bölüşdülər. Ekspertlər hesab edir ki, qərb dövlətləri də bu məsələyə həssas yanaşmalı və Azərbaycanın maraqlarını qorumalıdır. Çünki erməni lobbisi ilə yanaşı Rusiyada Azərbaycana təzyiqlərini artırır və Krım olayları Azərbaycanda da təkrarlana bilər. Belə ki, zaman-zaman Rusiya separatçı "Sadval" təşkilatından istifadə edərək şimal bölgəsində lokal münaqişələr yaratmışdılar. Həmçinin sərhədyanı kəndlərdə yaşayan Azərbaycan vətəndaşlarına həm də Rusiya pasportu verməklə gələcək üçün zəmin yaradıblar. Xatırlayırsınızsa Rusiya Krıma ordu yeridəndə bəyan etdi ki, rus insanlarını qorumaq üçün bu addımı atıb. Sabahda eyni ssenari ilə Rusiya ordusu "xilaskar" rolunda Azərbaycana daxil ola bilər. Bu isə qərbin enerji təhlükəsizliyinin tam sıradan çıxması olacaq.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53