Hərbi Dəniz Qüvvələrinin komandanı işdən çıxarıldı
10:45 01-04-2014
SİYASƏT
Hərbi Dəniz Qüvvələrinin komandanı işdən çıxarıldı
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsindən çıxarılıb.
HDQ-nın komandanı vəzifəsini icra edən, qurumun qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov ordudan tərxis olunub. Müdafiə nazirinin əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən bir neçə gün əvvəl Y. Məmmədov təqaüdə göndərilib. HDQ-nın qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin edilib.
Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edəcək.
Qeyd edək ki, martın 11-də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.
Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb.
Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Digər Xəbərlər
2024-09-27 10:08:08
2024-09-26 23:18:31
2024-09-26 22:29:46
2024-09-26 22:21:18
2024-09-26 22:03:15
2024-09-26 21:02:19
2024-09-26 20:53:02
2024-09-26 20:36:13
2024-09-26 16:42:27
2024-09-26 15:25:20
2024-09-26 15:23:59
2024-09-26 15:21:10
2024-09-26 15:18:00
2024-09-26 15:15:30
2024-09-26 13:15:40
2024-09-26 10:27:33