ABŞ Fətullah Güləni unutmağı istədi
12:35 02-04-2014
İQTİSADİYYAT
ABŞ Fətullah Güləni unutmağı istədi
İkibaşlı bəyanatın sonu necə olacaq?
Türkiyədə bələdiyyə seçkilərinin başa çatmasından sonra nurçulara qarşı açıq savaşın olacağı proqnozlaşdırılır. Özüdə bu savaş tək Türkiyədə yox, həmçinin başqa ölkələrdə də, o cümlədən Azərbaycanda da olacaq. Amma deyəsən ilk siqnal ABŞ-dan gəldi. Bunu da qeyd edək ki, nurçuların lideri Fətullah Gülən ABŞ-da yaşayır .
Türkiyədə baş verən proseslərlə bağlı danışan Dövlət Departamentinin sözçüsü Meri Harf Türkiyədə azadlıqların pozulmasının F. Gülənin ABŞ-ın Pensilvaniya ştatında yaşaması ilə bir əlaqəsi olmadığını söyləyib: “Bu cənab Pensilvaniyada yaşasa da, yaşamasa da, Türkiyə hökumətinin “Twitter”i bağlaması doğru deyil. Türkiyə hökumətinin onunla eyni şəkildə düşünməyənlər üzərində basqı qurması doğru deyil. Bu cür şeylərin bir Türkiyə vətəndaşının Pensilvaniyada yaşaması ilə əlaqəsi yoxdur. Türkiyə bizim NATO üzrə yaxın bir müttəfiqimizdir. Hər zaman hər mövzuda anlaşa bilmirik, lakin biz heç vaxt hər kəslə hər məsələdə anlaşmırıq. Bu səbəblə Pensilvaniyada yaşayan cənabı unudun”. Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə ötən il dekabrın 17-də üzə çıxarılan korrupsiya, rüşvət faktları və internetdə hökuməti ifşa edən gizli səs yazılarının yayılmasına görə Fətullah Gülən icmasını günahlandırır. O, meydanlarda F. Gülənin adını çəkmədən onun haqqında “Pensilvaniya” deyə bəhs edir.Verilən bu açıqlamada diqqəti ilk cəlb edən məqam “Türkiyə bizim NATO üzrə yaxın bir müttəfiqimizdir. Hər zaman hər mövzuda anlaşa bilmirik, lakin biz heç vaxt hər kəslə hər məsələdə anlaşmırıq. Bu səbəblə Pensilvaniyada yaşayan cənabı unudun”-fikirləridir. Bu fikiri əsas gətirən əksər ekspert hesab edir ki, ABŞ bununla da Fətullah Gülənin qələmini qırıb. Çünku onun fəaliyyəti tam ifşa olundu və bundan sonra Fətullah Gülən tərəfdən hər hansı addımın atılması ABŞ-Türkiyə münasibətlərinə ağır zərbə olar. Yeri gəlmişkən qeyd edək ki, açıqlamada deyilir ki, “bu cənabı unudun”. Ekspertlərin fikrincə buda kifayət qədər ziddiyətli fikirdir. Belə ki, bu sözün bir mənası budur ki, Fətullah Gülən erası başa çatdı, digər mənası isə budur ki, Fətullah Gülən tam olaraq ABŞ-in himayəsindədir.Xatırladaq ki, Ərdoğan bəyan etmişdi ki, Fətullah Gülən geri qayıtmalıdır. Çox böyük ehtimal ki, ABŞ bu bəyanatla Fətullah Güləni verməyəcəyini bəyan edib. Amma nəzərə alsaq ki, Fətullah Gülənin əksər rıçaqları əlindən çıxandan sonra onun mövcudluğunun heç bir önəmi olmayacaq. Bunun üçün isə ilk növbədə Ərdoğan hakimiyyəti nurçuları güc strukturlarından təmizləməyə başlayacaq. Ekspertlər bildirir ki, nurçular əsasən polis, kəşfiyyat və ordu sıralarına soxulublar ki, sabah aktivləşərlərsə problemlər yaşanar. Buna görə də ilk addım bundan ibarət olacaq. Növbəti mərhələyə gəldikdə isə nurçuların əsas gəlir sahəsi olan dərshanələrdir ki, bunlarda sentyabrdan fəaliyyətlərini dayandıracaqlar. Amma nurçularında sakit duracağı gözlənilmir. Artıq Türkiyə mətbuatında iddia olunur ki, Fətullah Gülən tərəfdarları yeni partiya təsis etməyə hazrlaşırlar. Ekspertlər hesab edir ki, nurçular belə addım atarsa AKP azında 20 faiz səs itirəcək. Deməli növbəti parlament seçkilərində AKP oyundan kənarda qala bilər. Əgər Fətullah Gülənin yaradacağı partiya ilə CHP koalisiya yaradarsa Ərdoğan hakimiyyəti sıradan çıxacaq. Ekspertlər hesab edir ki, Ərdoğanın son bəyanatı da əslində nurçuların işinə yaradı. Çünki baş nazir açıqlamasında demək olar ki, bütövlükdə müxalifəti və nurçuları az qala vətən xaini elədi və bunlarda müdafiə üçün sözsüz ki, bir mərkəzdə cəmlənəcəklər. Hazırda isə bütün diqqət ABŞ-a yönəlib. Çünki Türkiyə höküməti ABŞ-a reaksiya verməklə yeni düzən yaradacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53