Tağı Əhmədovun həbsinə hazırlıq başladı
13:27 03-04-2014
İQTİSADİYYAT
Tağı Əhmədovun həbsinə hazırlıq başladı
Metropolitenin yeni rəhbərliyi sahibkarları prokurorluğa göndərdi
İlham Əliyev prezident seçkilərindən sonra andiçmə mərasimində açıq şəkildə bəyan etmişdi ki, korrupsiyaya qarşı mübarizənin ikinci dalğası başlayacaq və ciddi islahatlar olacaq. Bu açıqlamadan sonra həqiqətən də bir neçə nazir və icra hakimiyyəti başçısı vəzifəsindən azad edildi. Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə bir sıra uğurlu əməliyyatlar həyata keçirtdi və hazırda proseslər davam edir.
Bu günlərdə baş verən kadr dəyişikliklərindən biri də Bakı Metropoliteninin rəhbərliyində oldu. Belə ki, uzun illər idi ki, bu təşkilata rəhbərlik edən Tağı Əhmədov heç bir xəbərdarlıq olmadan vəzifəsindən azad edildi. Hətta aydın oldu ki, mətbuat bu sərəncamdan xəbərdar olsada Tağı Əhmədovun bundan xəbəri olmayıb və kabinetində iş başında olub. Həmin zaman ekspertlər iddia etdilər ki, bu fakt sübutlayır ki, Tağı Əhmədovun hansısa ciddi yanlışlığı olub və hakimiyyət bu səbəbdən Tağı Əhmədovla yollarını məhz bu şəkildə ayırdı. Amma mətbuatda çıxış edən Tağı Əhmədov özünü qürurlu göstərməkdə davam etdi, hətta ailəsi ilə birlikdə Dubayda istirahət edən zaman çəkdirdikləri şəkilləri də saytlarda yaydırdı. Tağı Əhmədovun az qala meydan oxumasının isə səbəblərini anlamaq mümkün deyildi. Amma bir müddət öncə Bakı Metropoliteninin yeni rəhbərliyinin çıxartdığı qərar Tağı Əhmədov üçün zərbə oldu. Belə ki, yeni rəhbərlik metrolarda mövcud olan ticarət obyektlərinin sökülməsi ilə bağlı qərar çıxartdı.Bu isə minlərlə insanın etirazına səbəb oldu. Yenə də Tağı Əhmədov mətbuata çıxaraq bildirdi ki, bu ticarət köşklərindən yığılan pullar onun cibinə getməyib və dövlətə verilib. O, həmçinin belə addımın atılmasını düzgün qərar kimi qiymətləndirmədi və dedi ki, belə addım atmamışdan qabaq bu şəxsləri başqa işlə təmin etməli idilər. Bu isə Tağı Əhmədovun növbəti dəfə hakimiyyətə meydan oxuması oldu. Sözsüz ki, Tağı Əhmədovun belə davranışı yuxarı dairələri qıcıqlandırırdı və buna görə də deyəsən Tağı Əhmədov daha meydan oxuya bilməyəcək. Çünki dünən , Metropolitenin binası qarşısında “Nərimanov” metro stansiyasında fəaliyyət göstərmiş ticarət obyektlərinin sahibləri onlara vurulan ziyana görə təzminat tələb etmək məqsədilə qurum rəhbərliyi ilə görüşüblər.
Ticarət obyektlərinin sahibləri bildiriblər ki, işləmədikləri aya görə öncədən ödədikləri vəsaiti geri almaq niyyətində olublar. Bu məqsədlə Bakı Metropoliteninin rəhbərliyinin qəbuluna gəliblər.
Qəbulda olan iki ticarət obyektinin sahibi bildirib ki, görüş zamanı qurum rəhbərliyi onlara iddiaları və tələbləri ilə bağlı Baş Prokurorluğa müraciət etməyi tövsiyə edib.
Ticarət obyektlərinin sahibləri əlavə ediblər ki, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov onların bir ay öncədən ödədikləri vəsaiti geri qaytarmaq üçün Fəqan adlı şəxsə verib. Lakin həmin şəxs bu vəsaiti ticarət obyektlərinin sahiblərinə verməyərək, onları mənimsəyib.Bildirilir ki, məhz bu fakta görə Tağı Əhmədov azadlığı ilə vidalaşmalı olacaq. Çünki ortada real korrupsiya faktı var və bütün barmaqlar Tağı Əhmədova tuşlanıb. Bundan başqa redaksiyamıza daxil olan məlumata görə bu günlərdə idarədə ciddi yoxlamalar başlanacaq. Çünki idda olunur ki, qatarların alınması, təmiri, tikinti işlərində də ciddi korrupsiyaya yol verilib. Buna görə başlanacaq yoxlamalar tək Metropoliten idarəsində yox, həm də Tağı Əhmədova yaxın olan və bu idarə ilə əməkdaşlıq edən təşkilatlarda da davam etdiriləcək. Nəticədə tək Tağı Əhmədov yox, onlarla başqa şəxslərdə həbsə göndəriləcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53