Azərbaycan nümayəndə heyəti Macarıstanın tanınmış QHT-ləri ilə görüşüb
01:20 06-04-2014
İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Macarıstanın tanınmış QHT-ləri ilə görüşüb
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşları və QHT rəhbərlərindən ibarət nümayəndə heyətinin Macarıstanın paytaxtı Budapeştə səfəri çərçivəsində görüşləri davam edib.
Şuradan Trend-ə verilən məlumata görə, ilk görüş Əlil Təşkilatları Koalisiyası ilə keçirilib. Təşkilatın sədri Losoncz Maria rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında azərbaycanlı həmkarlarına geniş məlumat verib.
Qurumun proqram koordinatorları əlilliyi olan şəxslər üçün xidmətlər, məşğulluq məsələləri haqqında danışaraq Macarıstanda bu sahədə olan vəziyyətlə bağlı ətraflı məlumat veriblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Mayis Əliyev, Rauf Zeyni və Məhluqə Rəhimova ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həyata keçirdikləri layihələr və dövlətin bu sahəyə ayırdığı diqqət haqqında danışıblar.
Macarıstanın QHT rəhbərləri Azərbaycanın vətəndaş cəmiyyətinin əlliliyi olan şəxslərin sosial hüquqlarının qorunması sahəsində atdığı addımları və qazandığı təcrübəni yüksək qiymətləndirdiklərini bildirərək qarşılıqlı səfərlərin əməkdaşlıq münasibətlərinin inkişafı baxımından faydalı olduğunu vurğulayıblar.
Avropa Roma Hüquqları Mərkəzində keçirilən görüşdə qurumun sədri Sinan Gökçən Macarıstandakı romanlar və digər milli azlıqlar haqqında ətraflı məlumat verib. O, Avropada 12-15 milyon, Avropa İttifaqı ölkələrində isə 8-9 milyon romanın yaşadığını qeyd edib.
Mərkəzin proqram rəhbəri Michal Zalesak Macarıstandakı romanların vəziyyəti ilə bağlı geniş təqdimatla çıxış edib. Şuranın nümayəndə heyətinin rəhbəri, Katibliyin icraçı direktoru Fərasət Qurbanov Azərbaycanda milli azlıq məsələləri, tolerantlıq və birgə yaşayış modelinin konkret faktlara söykənərək dünyaya nümunə olduğunu söyləyib. F.Qurbanov Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü və Cənubi Qafqazda monoetnik dövlətə çevrildiyini qeyd edərək regionda sülhə və inteqrasiyaya başlıca təhlükə olduğunu vurğulayıb.
Şuranın nümayəndə heyətinin keçirdiyi ən maraqlı görüşlərdən biri də Laslo Battyani adına Roman-Katolik Mərkəzində baş tutub. Görmə qabiliyyəti zəif olan uşaqların saxlanma vəziyyəti haqqında ətraflı məlumat verən Mərkəzin rəhbəri Feher Anna nümayəndə heyətini təşkilatın fəaliyyəti ilə yaxından tanış edib. O, Heydər Əliyev Fondu tərəfindən yaxın vaxtlarda Mərkəz üçün yeni Reabitasiya və Təlim Kompleksinin inşasına başlanacağını bildirərək bunun Azərbaycan və Macarıstan dövlətlərinin münasibətlərinin inkişaf səviyyəsinin bir göstəricisi olduğunu qeyd edib. Mərkəzin rahibəsi nümayəndə heyətinə təşəkkürünü bildirərək Azərbaycanın nəcib, sülhsevər təşəbbüsünü alqışladıqlarını bildirib.
F.Qurbanov Heydər Əliyev Fondunun Azərbaycanda və bir çox xarici ölkələrdə genişmiqyaslı mədəni və humanitar xarakterli layihələr icra etdiyini qeyd edərək fiziki cəhətdən əngəlli şəxslərin tibbi və psixoloji yardım səviyyəsinin yüksəldilməsi işinin bu istiqamətlərdən biri olduğunu vurğulayıb.
Keçirilən bütün görüşlərdə Macarıstanın vətəndaş cəmiyyəti nümayəndələrinə ölkəmizin müasir inkişafının əsas aspektləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, Şuranın xarici QHT-lər üçün qrant müsabiqəsi haqqında ətraflı məlumatlar verilib, onlara Şuranın dəstəyi ilə işıq üzü görmüş kitab, buklet və disklər, həmçinin Azərbaycanı tərənnüm edən xatirə hədiyyələri təqdim edilib.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53