Ramil Usubov rüşvət tələb edən rəisi işdən qovdu
12:00 09-04-2014
SİYASƏT
Ramil Usubov rüşvət tələb edən rəisi işdən qovdu
Göyçay rayon yol polisi şöbəsi rəisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntü səbəbindən Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsinin Göyçay rayon Polis İdarəsində yoxlamalar aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis-polkovniki Sadiq Gözəlovun verdiyi məlumata görə, Göyçay rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib.
“Həmin sənəd əsasında Daxili İşlər naziri cənab Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə, eyni zamanda, daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib”, - deyə Sadiq Gözəlov vurğulayıb.
Hazırda həmin hadisə ilə bağlı araşdırmalar davam edir. Digər günahkar şəxslər cəzalandırılacaqlar.
Qeyd edək ki, sosial şəbəkələrdə və “YouTube” video portalında yol polisinin açıq-aşkar rüşvət alması barədə video paylaşılıb.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35