Əvəz Ələkbərov üçün bəd xəbər
12:05 09-04-2014
İQTİSADİYYAT
Əvəz Ələkbərov üçün bəd xəbər
Keçmiş nazirin istəyi həyata keçmədi
Xəbər verildiyi kimi sabiq deputat Nazim İmanov Azərbaycan Milli Elmlər Akademiyasında direktor vəzifəsinə təyinat alıb. Belə ki, vaxtı ilə Azərbaycan siyasətinin “qaymaqları”ndan sayılan iqtisadçı alim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun yeni direktoru olub. Keçirilən seçkidə Nazim İmanov daha çox səs toplayaraq, direktor kürsüsünə layiq görülüb.
Qeyd edək ki, Nazim İmanov bu vəzifədə İsa Alıyevi əvəzləyib. Məsələ ilə bağlı AMEA və sözügedən institutdan hələlik münasibət öyrənmək mümkün olmayıb. İnstitutun aparıcı şəxslərindən olan sabiq direktor Şahbaz Muradov deyib ki, Nazim İmanovun yeni direktor təyinatından tam məlumatlı deyil: “Lakin mən də eşitmişəm ki, o, yeni direktorumuz olacaq. Nazim müəllim bu posta layiqli bir alimdir”. “Unikal”ın məlumatlı mənbələrdən əldə etdiyi bilgiyə görə isə sabiq maliyyə naziri Əvəz Ələkbərov da AMEA-nın sözügedən institutuna direktor olmaq arzusunda imiş. Qeyd edək ki, hələ iki il əvvəl maliyyə naziri postundan göndərildikdən sonra elmi işlə məşğul olduğunu nəzərə alaraq bəzi media orqanlarında onun hələ də ştatda qaldığı Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyinat almaq istədiyi barədə iddialar səsləndirilirdi. Bu ilin fevralında isə sabiq nazir saytlardan birinə müsahibəsində özünə yenidən vəzifə təklif olunacağına qəti şəkildə inanmadığına işarə vurmuşdu, halbuki ötən ilin yayında prezident seçkiləri ərəfəsində Ələkbərov saytlardan birinə kiçik açıqlamasında vəzifə gözləntisində olduğunu açıq ifadə etmiş, hətta onun buna xeyli ümidli olduğu da hiss olunmuşdu. Əslində Ələkbərovun vəzifə istəyi həqiqətən də vardı və söhbət məhz AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmaq üçün səylərindən gedirdi. Amma görünür, hakimiyyət daxilində sabiq nazirin karyerasının bərpasına isti yanaşılmır və bu səbəbdən onun sözügedən posta gətirilməsi məqbul sayılmayıb. Artıq keçmiş maliyyə nazirinin Azərbaycanda yenidən vəzifə almaq imkanlarının tamamilə tükəndiyini demək mümkündür. Maraqlı olan isə Əvəz Ələkbərovun bundan sonrakı fəaliyyətini hansı istiqamətdə quracağıdır. Xatırladaq ki, sabiq nazir fevraldakı müsahibəsində "Bəs Azərbaycanda hər hansı dövlət işiniz var" sualına belə cavab vermişdi: "Xeyr, heç bir dövlət işim də yoxdur. Dediyim kimi, Türkiyədə kiçik bizneslə məşğulam. Eyni zamanda elmi işlərim var”. Onun həm elmi işlə, həm də Türkiyədəki biznesini davam etdirməklə məşğul olacağını asanlıqla söyləyə bilərik. Maraq kəsb edən isə Ələkbərovun vəzifə gözləntilərinin tamamilə bitməsindən sonra hər hansı formada siyasi aktivlik göstərib-göstərməyəcəyidir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53