Gədəbəyin deputatı məruzə ilə çıxışı edib
11:37 10-04-2014
İQTİSADİYYAT
Gədəbəyin deputatı məruzə ilə çıxışı edib
Sevinc Hüseynova “Azərbaycanın Gədəbəy bölgəsinin tarixini öyrənmək üçün qiymətli ilk mənbə” mövzusunda danışıb
Dünən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açdı. Yaqub Mahmudov öz çıxışında Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında geniş məlumat verdi. Yaqub Mahmudov almanların da məskunlaşdığı Gədəbəy bölgəsində əhalinin ermənilərin işğalçılıq fəaliyyətinin qarşısını aldığını qeyd etdi.
Sonra Gədəbəydən olan Millət Vəkili Sevinc Hüseynova “Azərbaycanın Gədəbəy bölgəsinin tarixini öyrənmək üçün qiymətli ilk mənbə” adlı məruzə ilə çıxış etdi. O, çıxışında Gədəbəydə mədən işinin qədim tarixi, bölgədə metallurgiyanın inkişafında Simens qardaşlarının rolu haqqında geniş məlumat verdi. Sevinc Hüseynova “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının Azərbaycan tarixi üçün əhəmiyyətli mənbə olduğunu qeyd etdi. Sonda Sevinc Hüseynova layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Tarix İnstitutunun direktoru Yaqub Mahmudova təşəkkür etdi.
Millət Vəkili Rafiq Məmmədhəsənov çıxışında atasının Gədəbəydə Simenslərin tikdirdiyi zavodda işlədiyini, almanların Gədəbəydə mədən sənayesinin inkişafındakı rolunu qeyd etdi.
Sonda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Almaniyanın Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu əlaqələrin, həmçinin elmi və mədəni əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini, Azərbaycan həqiqətlərinin Almaniyada təbliğatının gücləndirilməsinin vacibliyini qeyd etdi.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53