İbrahim Tatlısəsin kirvəsi həbs olundu
00:12 13-04-2014
İQTİSADİYYAT
İbrahim Tatlısəsin kirvəsi həbs olundu
İlham Mirzəyevə dələduzluq maddəsi ilə cinayət işi açılıb
Artıq uzun müddət idi ki, Asəf Əliyev adlı şəxsi həbs etdirən teleaparıcı İlham Mirzəyevin məhkəmə prosesi gedirdi. Qarşı tərəf iddia edirdi ki, İlham Mirzəyev onları şərləyib və Asəf Əliyev heç bir əsas olmadan həbs edilib.
Amma gözlənilmədən vəziyyət dəyişdi. Belə ki, İlham Mirzəyevin özü həbs edildi. Özünü psixoloq kimi təqdim edən İlham Mirzəyev əslində uzun illər idi ki, baxıcılıqla məşğul olurdu və bildirilirdi ki, arxasında ciddi oliqarx-məmurlarda dayanıb. Hətta İlham Mirzəyevin özü tez-tez oliqarxlar tərəfindən qorunduğunu bildirir, Türkiyənin məhşur müğənnisi İbrahim Tatlısəslə kirvə olduğunu və sonuncunun ona maşın bağışladığını deyirdi. Əslində buda bildirilir ki, həqiqətən İlham Mirzəyevin çevrəsində ciddi oliqarx-məmurlarda olub. Belə olmasaydı Gənclik metrostansiyasının yanında aylıq icarə haqqı 10 min manat olan 4 mərtəbəli binanı icarəyə götürə bilməzdi. Çünki klinikanın aylıq gəliri 10 min manat ola bilməzdi. Deməli, ona kimlərsə kömək edib. Bu arada aydın olub ki, əslində psixoloji yardım adı ilə açdığı klinikada İlham Mirzəyev baxıcılıqla məşğul olurmuş. Və nəticədə aldadılan bir neçə şəxs ondan şikayətçi olub. Bunu da yada salaq ki, bu günlərdə rəsmi dövlət qəzeti olan "Xalq" qəzetində onunla bağlı sərt yazı dərc olunmuşdu və İlham Mirzəyev tərəfindən aldadılan şəxslər şikayət etmişdilər. İndi isə İlham Mirzəyev həbs olundu. Daxili işlər Nazirliyi teleaparıcı və baxıcı İlham Mirzəyevin həbs səbəblərini açıqlayıb. Bu barədə DİN-in mətbuat xidmətinin rəis müavini Ehzan Zahidov açıqlama verib. Onun sözlərinə görə İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub:"İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir".Bu arada aydın olub ki, İlham Mirzəyevin açdığı klinikanın rəsmi lisenziyası olmayıb. "Tanınmış teleaparıcı İlham Mirzəyevin klinikası lisenziyasız fəaliyyət göstərir". Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, hazırda saxlanılan İlham Mirzəyevə məxsus "İlhaMed" klinikasının tibbyönümlü fəaliyyəti olmadığından ona Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib. "Həmin klinikadakı qanunsuzluqlarla bağlı Səhiyyə Nazirliyi yoxlama aparmayıb. Çünki bu barədə nazirliyə heç bir siqnal daxil olmayıb. Odur ki, həmin klinikada yoxlamaların aparılacağı ilə bağlı da hələ ki, heç nə məlum deyil. Klinikada tibbi yardım göstərilmir. Orada sadəcə olaraq psixiatrik yardım göstərildiyindən Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib. Yəni nazirlik yalnız tibbi fəaliyyəti olan klinikalara lisenziya verə bilər".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53