İsa Qəmbər Məclis üzvlərini şantaj edib
09:21 15-04-2014
İQTİSADİYYAT
İsa Qəmbər Məclis üzvlərini şantaj edib
Müsavat başqanı bələdiyyə seçkilərində iştirak etmək qərarını zorla qəbul etdirib
Məlum olduğu kimi, aprelin 12-də Müsavat Partiyası Məclisinin toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, bu ilin payızında keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı fikir mübadiləsi aparılıb.
Müsavat Partiyasının başqanı Isa Qəmbər iclasda çıxış edərkən bildirib ki, partiya bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı öz mövqeyini müəyyənləşdirməlidir. Seçkidə iştirakın tərəfdarı olduğunu bildirən başqan onuda deyib ki, bütün imkanları səfərbər edib seçkilərdə iştirak etmək lazımdır. I.Qəmbər 2015-ci il parlament seçkilərində iştirakı da vacib sayıb.
Ancaq bələdiyyə seçkilərində iştirak etmək məsələsi fikir ayrılığına səbəb olub. Belə ki, bir sıra rayon təşkilatlarının sədrləri seçkilərdə iştirakın əhəmiyyətsiz olduğunu bildiriblər. Məclisin iclasında çıxış edən Yavər Gulməmmədov Müsavat Partiyasını 2014-cü il bələdiyyə seckilərində istirakdan imtinaya çağırıb. O bildirib ki, bu seçkidə iştirak Müsavata heç nə verməyəcək. Bu zaman onunla "bələdiyyə seckilərində istirak təklifini mən vermişəm", - deyən İsa Qəmbər arasında polemika yaşanıb.
Onun ardınca isə Müsavat başqanının müşaviri Mustafa Hacəbəyli də bələdiyyə seçkilərində iştirakın əleyhinə çıxıb. Onun sözlərinə görə, indiki məqamda bu seçkiyə getməyin, yaxud bu barədə qərar verməyin əhəmiyyəti yoxdur. Bu səbəbədən də M.Hacıbəyli bələdiyyə seçkilərində iştirakı mənasız sayıb.
Toplantıda yenidən söz alan İsa Qəmbər isə öz mövqeyini təkrar müdafiə edib və fikrini əsaslandırmağa çalışıb. Amma rayon təşilatlarının sədrlərinin əksəriyyəti seçkidə iştirak qərarının əleyhinə olub.
Əslində, bütün bunlar ictimaiyyətə bəlli olan tərəflərdir. Ancaq Məclisin iclasında baş verən gərginlik mümkün qədər gizli saxlanılıb. Hətta həmin gün Məclisin iclası barədə məlumat verən partiya yetkilisi Tural Abbaslının açıqlaması da ortada ciddi qarşıdurmanın olduğunu göstərmişdi. Belə ki, T.Abbaslı Məclisin iclası zamanı verdiyi açıqlamada Müsavatın bələdiyyə seçkilərində iştirakla bağlı qərar vermədiyini, məsələnin üç ay sonraya ertələndirildiyini bildirmişdi. Bu xəbər apa-nın saytında da yayımlanmışdı. Lakin sonradan başqa hadisələr baş verdiyi üçün vəziyyət fərqli istiqamətə dəyişib.
Bu barədə "Unikal"a ilginc məlumatlar daxil olub. Məclisin iclasında iştirak edən partiya fəallarından birinin qəzetimizə verdiyi məlumata görə, İsa Qəmbər rayon təşkilatlarının sədrlərinin bu davranışından əsəbləşib və sərt təpki göstərib: "Gərginliyin mətbuata çıxmaması üçün Məclisin iclasına ara verilib. Başqan seçkilərdə iştirakın əleyhinə olan qurupla təkbətək görüş keçirib. Narazılıq ondan ibarət idi ki, rayonlarda vəziyyət olduqca kritikdir. Heç kim müxalifətə inanmır. Hamı deyir ki, İsa Qəmbər bu günə kimi uduza-uduza gedir, amma başqanlıqdan əl çəkmir. Digər tərəfdən, seçkidə iştirak etmək üçün maliyyə lazımdır. İsa Qəmbər isə özü Bakıda oturub rayonlara bir manat pul göndərmir, amma seçkidə iştirak tələb edir. Ona görə də hamı vəziyyətin ağırlığını onun diqqətinə çatdırmaq istəsə də, o, fikrindən daşınmadı".
Müsahibimizin sözlərinə görə, bütün narazılıqları dinləyəndən sonra İsa Qəmbər bu gün seçkidə iştirak qərarının verilməli olduğunu bildirib. "İsa bəy, "ya bu gün bu qərar veriləcək, ya da hamınızı partiya sıralarından uzaqlaşdıracağam" deyərək narazıları şantaj edib. Əslində, heç kim İsa Qəmbərin bu hədəsindən qorxmur. Sadəcə olaraq, onlar Müsavatın olan-qalan imicinə də zərbə dəyməsini istəmir. Ona görə də İsa Qəmbərin bu təklifi zorla da olsa, Məclisin iclasında müzakirədən keçdi və qərar qəbul olundu. Amma başqanın bu addımı partiya daxilində ciddi narazılığa səbəbə olub. Ola bilsin ki, seçkiyə start verilməmiş istefalar da olsun. Onsuz da hər seçki ərəfəsi və sonrası kimlərsə partiyanı tərk edir", - deyə mənbə fikrini tamamlayıb.
Qeyd edək ki, partiyanın Məclisin iclası ilə bağlı yaydığı rəsmi məlumatda qeyd olunur ki, müzakirələrin nəticəsi olaraq, bələdiyyə seçkilərində iştirakla bağlı qərar verilib. Gərgin müzakirələrdən sonra Məclis yalnız 1 nəfər əleyhinə, 1 nəfərsə bitərəf olmaqla, seçkidə iştirak qərarı qəbul edib. Qərarda rayon təşkilatlarına seçkilərə hazırlıqlarla bağlı tapşırıqların verilməsi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı hakimiyyətə və beynəlxalq təşkilatlara müraciət edilməsi də əksini tapıb.
Ancaq real mənzərənin fərqli olduğu məlum oldu. Bu səbəbdən də İsa Qəmbərin bu şantajının səs-küysüz ötüşəcəyi inandırıcı deyil. Hər halda, yaxın günlərdə hər şey məlum olacaq.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53