Məmur övladlarına qarşı sərt cəzalar olacaq
11:28 16-04-2014
İQTİSADİYYAT
Məmur övladlarına qarşı sərt cəzalar olacaq
Qara plyonkalı avtomobillərin artması belə cəzaların qaçılmazlığını ortaya qoyub...
Məlum olduğu kimi, prezident İlham Əliyevin məsələyə müdaxiləsindən və sərt xəbərdarlığından sonra avtomobillərdə görməni məhdudlaşdıran pərdə və "plyonkalara" qarşı sərt mübarizə tədbirləri həyata keçirildi. Həmin tədbirlər nəticəsində bu sahədə müşahidə olunan neqativ halların qarşısı əhəmiyyətli şəkildə alındı.
Amma indi, həmin mübarizə tədbirlərindən xeyli keçəndən sonra Bakı küçələrində "plyonkalı" avtomobillərin görünməsi adi hala çevrilib. Həmin avtomobillər isə adətən məmur övladlarına aid olur və bu cəmiyyətdə narazılıq yaratmaqdadır.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev paytaxtda yol hərəkəti qaydalarının pozulması hallarından narahat olduğunu bildirərək avtoxuliqanların arxasında varlı və imkanlı adamların dayandığına diqqət çəkmişdi. Dövlət başçısı daxili işlər nazirinə xüsusi tapşırıq verərək bildirmişdi ki, kimliyindən asılı olmayaraq, yol hərəkəti qaydalarını pozan, yol polisinin əmrinə tabe olmayan şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Həmçinin avtomobillərdən plyonkaların tam yığışdırılması üçün tapşırıq vermişdi. Və məhz bundan sonra yol polisi geniş reydlərə başlamışdı. Amma görünən odur ki, indi kimlərsə bu xəbərdarlığı unudaraq yenidən qanunsuz əməllərinə müraciət edirlər. Hər halda paytaxtda tez-tez müşahidə etdiyimiz plyonkalı maşınlar belə düşünməyə əsas veri.
Görün, məmur balalarının harınlığı hansı həddə çatıb ki, artıq onlar vətəndaşlarımızın sevimli istirahət məkanlarından olan Fəvvarələr Meydanını maşınlarının dayanacağına çevirməkdən belə çəkinmirlər. Qara plyonkalı avtomobillərin sayındakı nəzərəçarpan artım isə bu sahədə ciddi tədbirlərin görülməsini yenidən gündəmə gətirməkdədir. Ancaq təəssüf hissiylə qeyd etməliyik ki, müvafiq qurumlar hələ də pəncərələrində qara plyonkalarla avtomobil idarə edən sürücülərin öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir. Nəticədə isə prezidentin müdaxiləsindən sonra yoluna qoyulan problemin yenidən boy verməsinə şahidlik etməkdəyik.
Baş verənlərlə bağlı "Unikal" qəzetini məlumatlandıran mənbə isə yaxın günlərdə harınlamış məmur övladlarına qarşı sərt cəza tədbirlərinin reallaşacağını bildirir: "Məlumatlara görə, bəzi məmur övladlarının özbaşınalıqları ilə bağlı məxfi dosyelər hazırlanıb. Hazırda həmin məlumatların araşdırılması prosesi gedir, bunun nəticəsində isə bəzi məmur övladlarının qanunun sərt üzüylə qarşılaşacaqlarını görəcəyik".
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05