Milli Elmlər Akademiyasında ara yenidən qarışdı
11:23 18-04-2014
İQTİSADİYYAT
Milli Elmlər Akademiyasında ara yenidən qarışdı
İqtisadiyyat İnstitutunun direktoru postu uğrunda mübarizədə ilginc gəlişmələr!
Azərbaycan Milli elmlər Akademiyasında (AMEA) "direktor qovğası" böyüyür. Sabiq deputat Nazim İmanovun AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifəsindən imtinasından sonra hazırkı direktor İsa Alıyev postunu qorumaq üçün hərəkətə keçib.
Bu barədə srağagün gecə saatlarında AMEA-dakı mənbəyə istinadən məlumat yayan mia.az bildirib ki, o, vəzifəsini qorumaq və AMEA prezidenti Akif Əlizadəyə təsir etmək məqsədiylə işçilərdən imza toplanılmasına qərar verib: "Lakin bu zaman bir çox işçi imza verməkdən çəkinib və bu hərəkətin AMEA prezidenti Akif Əlizadəyə qarşı çıxmaq kimi yozulacağını bildiriblər. İsa Alıyev isə yaxın ətrafını da xəyanətdə suçlayaraq, onları imza toplama kampaniyasını pozmaqda günahlandırıb".
Son məlumatlara görə, AMEA rəhbərliyi İsa Alıyevin yenidən direktor olmasına sıcaq yanaşmır.
Xatırladaq ki, ötən həftə mətbuat yazırdı ki, onun vəzifəsi sabiq deputat Nazim İmanova təkilf edilib. Lakin Nazim İmanov bu postu tutmaqdan imtina edib. Daha sonra Nazirlər Kabinetinin şöbə müdiri Elşən Hacızadəyə bu post təklif olunub: "Nazim İmanov 600 manat maaşa gəlmək istəmədi, Elşən müəllimsə indiki vəzifəsini buraxmadı".
"Unikal" olaraq, biz isə ötən həftə sonu sayımızda yazmışdıq ki, əslində İqtisadiyyat İnstitutunda yeni direktorun adı böyük ölçüdə müəyyənləşibmiş və bu şəxs Nazim İmanov imiş. Bununla belə, İqtisadiyyat İnstitutunun direktoru postuna fərqli iddiaların olması və onların əksəriyyətinin hökumət içindəki müxtəlif nüfuzlu himayəçilərinin varlığı situasiyanı qəlizləşdirib. Son nəticədə isə adıçəkilən intstitutun rəhbərliyindəki dəyişikliyin gerçəkləşdirilməsi təxirə salınıb. Qeyd edək ki, sabiq maliyyə naziri Əvəz Ələkbərov da AMEA-nın sözügedən institutuna direktor olmaq arzusunda olanlar sırasındadır. Xatırladaq ki, aprelin 18-də İqtisadiyyat İnstitutunun direktorunun kim olacağı ilə bağlı son qərarın veriləcəyi gözlənilir.
Görünən isə odur ki, AMEA-dakı bu xəmir - "direktorluq müharibəsi" hələ çox su aparacaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17