Harun Yahya bəlası Azərbaycanda
11:33 18-04-2014
SİYASƏT
Harun Yahya bəlası Azərbaycanda
Dini tolerantlığa yeni qarmaq
Azərbaycanda dini tolerantlığa zərbə vurmaq artıq mümkünsüzdür. Bunu son bir neçə ay ərzində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir. İlk növbədə ona görə ki, Azərbaycan hakimiyyəti buna çox sərt yanaşma nümayiş etdirdi və lazımi addımlar atıldı. Bir tərəfdən dini maarifləndirmə, digər tərəfdən isə güc strukturlarının lazımi addımları atması kifayət qədər maraqlı effekt verdi. Bundan başqa aydın oldu ki, Azərbaycan cəmiyyəti də hakimiyyətin atdığı addımları qəbul etdi və hardasa dəstək də nümayiş edildi.
Çünki kənardan gələn qeyri-ənənəvi dini təriqətlər nəinki dini baxışlarımıza bir müdaxilə oldu, həm də dünyəvi dövlətçilik modelimizə, yaşam tərzimizə mənfi təsirlərini göstərdi. Elə Prezident Admnistrasiyasının şöbə müdiri Əli Həsənovda bu səbəbdən məsələnin diqqətdə saxlanılacağını bəyan etdi:-"Amma bütövlükdə Azərbaycan cəmiyyəti bilməlidir ki, belə cəhdlər vardır və bu cür halların qarşısı dövlət tərəfindən alınır və alınacaqdır. Təəssüflər olsun ki, bəzi dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanun qarşısında məsuliyyət doğurur və əlbəttə ki, belə halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".Bu sayımızda sizlərə nə vəhhabilərdən, nə xəvariclərdən, nədə nurçulardan söz açacağıq. Bu dəfə hələ ki, diqqəti cəlb etməyən, amma qara yara kimi Azərbaycana soxulan Harun Yahya tərəfdarları haqqında söhbət açacağıq. Harun Yahyaçılar kimlərdir? Türkiyəli ilahiyyatçı, Harun Yahya kimi tanınan Adnan Oktar adlı şəxs bir müddət öncə Türkiyədə müəyyən nüfuz sahibinə çevrildi və gənclərə təsir etmə imkanları qazandı. Şübhəli gəlir mənbələrinə sahib olan bu şəxs hətta televiziyada yarada bildi və bu imkanlardan yararlanaraq öz təbliğatını qurdu. İslam təriqəti kimi özünü tanıdan Adnan Oktar əslində açıq-saçıq geyimli qızları ətrafına toplayan, eyş-işarət yönlü bəyanatlarla çıxış edən, bəzi məqamlarda hətta Allaha daha yaxın olduğunu bəyan etməklə qalmaqallar yaratdı. Əksər mütəxəssislər hesab edir ki, özünü Harun Yahya kimi təqdim edən bu şəxs xarici kəşfiyyat orqanları ilə sıx bağlıdır və əsas məqsədi İslam dünyasında parçalanmanı dərinləşdirmək və gəncləri təsir dairəsinə salmaqdır. Bununla yanaşı bildirilir ki, ona əsasən İsraillə bağlılığı olan müəyyən güclərdə maddi dəstək durur.Amma son zamanlar əxlaqsızlıq və zərərli düşüncələrə hakim olan Harun Yəhyanın səsi Azərbaycandan da gəlməyə başlayıb. Onun Azərbaycanda ilk təbliğatçılarından biri isə ilahiyyatçı ailm kimi tanınan Elşad Miri olub. Məhz onun 2012-ci ildə Harun Yahyadan götürdüyü müsahibə hətta dövlətə yaxın şəxslərin nəzarətində olan Mingəçevirin MTV, Yevlağın El TV,Zaqatalanın Aygün, Qubanın Qütb, Simurq,Sumqayıtın Dunya, Gəncənin Alternativ və Kəpəz televiziyalarında yayımlanmışdı. "Unikal"ın apardığı araşdırmalara görə artıq bu gün Azərbaycanda 5 minə yaxın Harun Yahya tərəfdarları var və get-gedə güclərini artırmaqdadır. Aydın olub ki, artıq Harun Yahya tərfdarları Azərbaycanda Adnan Oktarın Türkiyədəki A9 telekanalının Azərbaycan versiyasını hazırlayıblar. A9AZ adlı telekanalın artıq bütün texniki avadanlığı Bakıya gətirilib və hələlik test yayımları (http://a9az.tv/) aparılır. Telekanal yalnız internet üzərindən yayımlanacaq. Hazırda test yayımda olan A9AZ internet televiziyasında Turkiyədəki A9 kanalında olduğu kimi yalnız elmi-dini proqramlar yayımlanır. Məlumata görə, verlişlərdən birinin aparıcısı Aysel Canan Vəlizadə adlı xanımdır. Bu xanım həm də Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədridir. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur . Amma...amma aydın oldu ki, verlişin bir neçə buraxılışından sonra Aysel Canan Vəlizadə ilə həyat yoldaşı ayrılıb. Həyat yoldaşının sosial şəbəkələrdə verdiyi açıqlamalara görə Harun Yahya tez-tez həyat yoldaşına zəng edərək ona "sevgilim", "canım" deyir. Hətta iddia edir ki, Harun Yahya iki dəfə həyat yoldaşı ilə intim əlaqədə olub. Yəqin ki,
bir dini təriqət başçısının hansı dəyərləri Azərbaycana gətirdiyinin şahidi oldunuz. Bu arada Azərbaycan mətbuatında bir zamanlar Harun Yahya tərəfdarı olan azərbaycanlı xanımın məktubu yayılıb. Məktubda Adnan Oktarın təriqətinə qəbul edilən qızlarla əlaqəyə girdikləri bildirilib.
Məktubu kiçik düzəlişlərlə təqdim edirik:
"Mənim xalam qızı Türkiyədə təhsil alanda Harun Yahya təriqətinə qoşulub, sonra onun təriqətinin əxlaqsız yuva olduğunu gördükdən sonra uzaqlaşıb. Xalam qızı özü məndən xahiş etdi ki, Azərbaycan mediasına yazım. Xalam qızı Türkiyədə ərdə olduğu üçün adını açıqlamaq istəmir.
Xalam qızı dünən axşam Vatçapda mənimlə yazışdı və xahiş etdi ki, Adnan Oktarın əxlaqsızlığı barədə bu sətirləri sizə çatdırım.
Xalam qızı deyir ki, orada Adnan Oktarın təriqətinə cəlb edilən qızların çoxu əxlaqsızlığa cəlb edilir. Adnan Oktar həmin qızları sanki hipnoz edir və "aşkım", "sevgilim" sözləri ilə ələ alır. Xalam qızı özü deyir ki, o təriqətdə 1 il qalıb. İlk öncə guya saf dini öyrədirlər. Sonra orada Esma Özgül adlı Adnan Oktarın ən yaxın adamı var. Esma Özgül heç zaman Adnan Oktarın verilişlərinə çıxmır. Ona Adnan Oktarın mənəvi xəlifəsi deyirlər. Esma Özgül özü Adnan Oktar təriqətinə qızları cəlb edir. Axşamlar bəzən qorxunc hadisələr baş verir. Bizi qaranlıq otaqda saxlayırdılar və deyirdilər ki, cinlər, şeytanları bizdən qovur. O otaqdan çıxdıqdan sonra sanki bizləri hipnoz edirdilər. Qaranlıq otaqda qaldıqdan sonra bizdə Adnan Oktara qarşı sevgi yaranır və onun əlini öpməyə, hətta onunla intim əlaqəyə girməyə belə istək yaranırdı. Çox iyrənc təriqətdir.Bir məsələni xüsusi ilə deyim. Adnan Oktarın mədrəsəsində qalanda gecə yarısı birdən deyirdilər ki, qalxın. Gecə paltarlarında ayaq üstə dururduq və Adnan Oktar içəri yataqxanaya girirdi və deyirdi ki, sizləri ziyarətə gəlmişəm. Cinlər şeytanlar sizdən uzaq olsun.
Ən dəhşətlisini deyim. Adnan Oktar o qızlarla qrup halında intim əlaqədə olur. Xüsusi otağı var, ora heç kimi buraxmırlar. Otaqda böyük yataq var. Bir də həmin qız tələbələrinə otaqda striptiz göstərməyi əmr edir.Adnan Oktara Yəməndən ağac yarpağı gətizdirirlər. Ona el-qat deyilir. Heroin kimi qadağan deyil. Onu çeynəyəndə insanın başı dumanlanır. Qrup halında intimdən öncə hamısı el-qat (Yəməndə istehsal olunan nartkotik tərkibli maddə - red.) çeynəyirlər".Bunu da qeyd edək ki, Harun Yahya Azərbaycanda əsasən universitet tələbələrini öz ətrafına toplaya bilir və bunun üçündə onların pulsuz Türkiyəyə getmələrini təmin edir, gənc qızların modelyer kimi Türkiyədə çalışmasını təmin edir və gəncləri əsasən Türkiyədə təhsil almaq adı ilə aldadır. Buda söylənilir ki, indiyə qədər Harun Yahya vasitəsi ilə yüzə qədər gənc qız müxtəlif vaxtlarda Türkiyəyə aparılıb. Harun Yahya tərəfdarlarının bir özəlliyi isə budur ki, onlar təriqət şəkilində fəaliyyət göstərmirlər və bu səbəbdən rəsmi qeydiyyatlarıda yoxdur. Çünki hazırda onlar əsasən sosial şəbəkələrdən istifadə etməklə öz təşkilatlarını və təbliğatlarını formalaşdırırlar. Məsələn, "facebook" sosial şəbəkədə "Haqqında Harun Yahya", "Harun Yahya Azərbaycan", "Harun Yahya əsərləri" və s kimi qruplar var. Bu qruplarda ümumilikdə 50 minə qədər izləyici var. Hətta bu qruplara üzv olandan sonra bu şəxsin pulsuz olaraq kitablarını da əldə etmək mümkündür. Apardığımız araşdırmalar bunu da göstərir ki, hazırda gənclər təşkilatlarına da əl uzadan Harun Yahya artıq uğurlara imza ata bilib. Belə ki, yuxarıda da göstərdiyimiz kimi Harun Yahya artıq Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Aysel Canan Vəlizadəni özünün vurğununa çevirib. Bununla yanaşı iddia olunur ki, Harun Yahyanın ən effektli tərəfdarları hazırda Elmlər Akademiyasının gənc mütəxəssisləridir.
Beləliklə bu dəfə Azərbaycana gəlməkdə olan yeni "təriqətin" qığılcımlarını görməkdəyik. Amma bu təriqət nə radikal dini fikirləri açıqlayır, nə də Fətullah Gülənçilər kimi hakimiyyəti zəbt etmək istəmirlər. Bunlar sadəcə olaraq daha təhlükəli və daha zərərli bir taktika seçiblər ki, bunun da kökündə sadəcə olaraq əxlaqsızlıq dayanır. İlk anlarda din və elmin vəhdətini ortaya qoyduqlarını iddia edir və daha sonra ikinci məqsədin reallaşması prosesi baş verir. Ətraflarına topladıqları gənclərdə əxlaqsızlıq düşüncəsini inkişaf etdirir və bunu sadəcə olaraq genişləndirirlər. Bu isə hardasa şeytana sitayiş edən gizli təriqətlərdən heç nə ilə fərqlənmir. Şeytana sitayiş edən təriqətlər özlərini şeytana qurban etdiklərini düşünür, Harun Yahya tərəfdarları isə özlərini "imamları" Harun Yahyaya qurban verirlər. Yəqin ki, bu qurbanların sayının artmaması üçün lazımi addımlar atılacaq.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35