Sumqayıtda seks-cihad gərginliyi
10:45 19-04-2014
İQTİSADİYYAT
Sumqayıtda seks-cihad gərginliyi
Bir qadın 200-dən çox cihadçı ilə yatağa girib?
Suriyada 250 mücahidlə yaxınlıq edən qadın, artıq cihad etmiş sayılır və cənnətə düşür. Belə absurd fitvanı Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən qiyamçı qruplaşmaların əmirləri yayıblar.
Öz növbəsində "cihad əl-nikah" (seks-cihad) barədə fitvanı Sumqayıtda həvariclər dini sektasının nümayəndələri 2 həftə öncə ələ keçirərək, öz aralarında yayıblar. "Həvariclər dini pərdə altında qadınları müharibəyə çəkməyə cəhd edirlər. Məqsəd isə mücahid kişilərin ehtiyaclarını ödəməkdir.
"Diqqət çəkəni odur ki, həvariclər sektasına girən qadınlar təhsilli deyillər, hətta çoxu 10-cu sinfi başa vurmayanlardır. Belələrini aldatmaq və cihad etməyə yollanacaqları halda düz yol seçəcəklərinə inandırmaq asandır. Üstəlik, biz bir neçəsi ilə söhbət etmişik. Onlar fitvaya gedəcəkləri halda, Allah yolunda qüvvələrini sərf edəcəklərinə həqiqətən inanırlar" deyə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.İndiyədək həvariclər sektasının 210 üzvünün uçota alındığı məlumdur. Bununla yanaşı, əməliyyatçılar Sumqayıtın II mikrorayonunda yaşayan qadının öz uşaqlarını da götürüb Suriyaya cihada getdiyi barədə məlumat alıblar. Bəzi xəbərlərə görə, qadın ərini atıb. Bu barədə polislərə onun əri deyib. Tam mümkündür ki, o, Suriyaya gedənlər tərəfindən "verbovka" olunub belə qərar verib. Polis qadının valideynləri ilə əlaqə saxlayıb. Valideynlər qızlarının evdə olduğunu desələr də, onun özü ilə danışmaq mümkün olmayıb. Bundan öncədə belə bir məlumat yayılmışdı ki, bir qadın bir neçə gün ərzində 200-dən çox mücahidlə yatağa girib. Yayılan bu xəbərlər günbə-gün artsada , bu məsələyə yanaşma kifayət qədər sərt olaraq qalır. Çünki bunu hansı məntiq və hansı dini əsaslarla edirlər, hətta bu suala dindarlarda cavab tapa bilmir. Bununla bağlı "Unikal"a açıqlama verən ilahiyyatçı Aqil Ələsgər bildirdi ki, dini nöqteyi nəzərdən yanaşsaq bu sadəcə olaraq mümkünsüz deyil:-"Quranın istənilən aiyyəsinə, surəsinə baxın, ortada olan təsdiqlənmiş hədislərə baxın, heç bir yerdə bu haqda bir cümlədə olsa tapa bilməzsiniz. Bundan başqa Quranda belə halları lənətləyən surələr var. Deməli Suriyada bu yaşananların dinə, İslama heç bir şəkildə bağlılığı ola bilməz. Bundan başqa şiə təriqətində siğə deyilən bir anlayış var və hətta bunu o anlayışlada müqayisə etmək qeyri-mümkündür. Mən istərdim ki, məsələnin tamam başqa bir tərəfinə diqqət ayıraq. Bu cür xəbərlər adətən hansı qaynaqlar vasitəsi ilə yayılır? Araşdırmalar göstərir ki, bu qaynaqların əksəriyyəti İranla bağlıdır. Əsəd rejimini müdafiə edən İran mücahid adlanan vəhhabilər olsun, xavariclər olsun , onların hamısını aşağılamaq üçün belə informasiyalar yayırlar. Ötənlərdə bir açıqlama verildi ki, bir qadın ay ərzində min mücahidlə cinsi əlaqədə olub. Bu sadəcə olaraq fiziki baxımdan belə mümkünsüz məsələdir. Buna görə də belə informasiyalara həssas yanaşmaq vacibdir". Bunu da qeyd edək ki, ilk dəfə belə xəbərlər Çeçenistan savaşında yayılmışdı. Amma onda göstərilirdi ki, mücahidlərin yaxşı döyüşməsi üçün subay bir qadın könüllü şəkildə mücahidlə nigaha girib onun zövcəsi ola bilər. Amma yalnız bir kişi ilə bu mümkün idi. Daha sonralar bu məsələdə gündəmdən çıxdı və mücahidlərə yardımçı olmaq istəyən qadınlar kamikadze rolunda çıxış etməyə başladılar. Amma Suriyadan gələn xəbər heç bir məntiqə və dəyərə sığmır.
Fuad
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17