Azərbaycanın 500 min hektar ərazisi şoranlaşdı
06:06 20-04-2014
İQTİSADİYYAT
Azərbaycanın 500 min hektar ərazisi şoranlaşdı
"Azərbaycanda şoranlaşma, eroziya torpağın xəstəliyidir". Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın əsas kənd təsərrüfatı sahəsi Kür-Araz ovalığıdır. Bu ərazinin mənfi relyef səviyyəsinə malik olduğunu söyləyən Q. Məmmədov qeyd edib ki, qrunt suyunun səviyyəsi qalxanda burada şoranlaşma baş verir: "Bunun nəticəsində də orada bitki əkmək mümkün olmur. Mövcud problemin qarşısını almaq üçün kollektor-drenaj işləməlidir ki, qrunt suyunun səviyyəsi aşağı düşsün və kənd təsərrüfatı bitkilərinə ziyan dəyməsin. Bu da təxminən 500 min hektar ərazini əhatə edən zəif, orta, şiddətli dərəcədə şoranlaşma sahələridir".
Q. Məmmədovun sözlərinə görə, Gürcüstanla sərhədlərin delimitasiyasının başa çatdırılması məsələsində yenilik yoxdur.
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17