"Dövlət Dəmir Yolları" QSC fransız şirkətinə verilir
11:36 22-04-2014
İQTİSADİYYAT
"Dövlət Dəmir Yolları" QSC fransız şirkətinə verilir
Arif Əsgərovu "vəzifədən azad etmədən" işsiz qoyacaqlar...
Fəaliyyətində ciddi mənimsəmələr və qanun pozuntuları olan dövlət strukturlarından biri də "Azərbaycan Dəmir Yolları" QSC-dir. Xatırladaq ki, çox da uzaq olmayan keçmişdə Arif Əsgərovun rəhbərlik etdiyi adıçəkilən strukturda yoxlamalar aparılmış və 48 milyonluq şok yeyinti faktının üstü açılmışdı. Həmin ərəfədə bu şok yeyinti əməliyyatında Arif Əsgərovun oğlu da daxil olmaqla, yaxın qohumlarının iştirakçı olması haqda xəbərlər yayıldı.
Ümumiyyətlə isə Arif Əsgərovun rəhbərliyi altında son illər ölkənin dəmir yolları təsərrüfatının tamamilə dağılması və sıradan çıxarılması prosesinə şahidlik etməkdəyik. Bununla bağlı "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, artıq Arif Əsgərovun işləkləri ilə bağlı "yuxarılara" özündə konkret korrupsiya və yeyinti faktlarını əks etdirən məxfi dosye ötürülüb: "Həmin sənədlərdə ölkə dəmir yolları strukturunun hazırkı durumu, mövcud problemlər və perspektiv layihələrlə bağlı müfəssəl məlumatlar yer alıb. Bundan başqa uzun illər ərzində bu sektora ayrılan milyonlarla vəsaitin mövcudluğuna baxmayaraq dəmir yollarında çoxsaylı problemlərin hələ də qaldığı xüsusi qeyd olunur. Eyni zamanda Arif Əsgərovun və yaxın ətrafının korrupsiya əməllərinin sadalandığı həmin sənədlərdə istimailəşməsi məqbul sayılmayan br sıra mətləblər də yer alıb".
Mənbənin sözlərinə görə, ölkə rəhbərliyi dövlət dəmir yolları strukturunu islahatlar yolu ilə inkişaf etdirmək niyyətindədir. Amma reallıqlarla tanışlıq "yuxarılar"da belə bir rəyi qətiləşdirib ki, nəzərdə tutulan kordinal islahat və dəyişiklikləri Arif Əsgərovun rəhbərliyi altında həyata keçirmək demək olar ki, mümkünsüzdür: "Ona görə də "Azərbaycan Dənir Yolları" QSC-nin idarəçiliyinin əcnəbi şirkətlərdən birinə verilməsi haqda qərar qəbul edilib. Hökumət bu yolla da, dəmiryolu strukturunda illərdir, nəzərdə tutduğu islahatları reallaşdırmaq istəyir".
"Unikal" qəzetinin əldə etdiyi və dəqiqliyi şübhə doğurmayan digər bir informasiyada isə deyilir ki, artıq "Azərbaycan Dəmir Yolları" QSC-nin hansı əcnəbi şirkətə verilməsi məsələsi də həll olunub. Məlumata görə, bu iş Fransanın nüfuzlu şirkətlərindən birinə veriləcək və bununla bağlı razılaşmalar da əldə olunub. Həmin Fransa şirkətinin bu sahədə böyük təcrübəyə malik olduğunu önə çəkən mənbəmiz tərəflər arasındakı razılaşmanın artıq sonuncu mərhələdə olduğunu da bildirdi.
"Bəs Arif Əsgərovun məsələsi necə həll olunacaq" sualına gəlincə isə mənbəmiz bunları söylədi: "Əslində, bu məsələ ümumiyyətlə müzakirə mövzusu da olmayıb. Yəni, Arif Əsgərovun rəhbərlik etdiyi idarənin Fransa şirkətinə verilməsi bu sahənin inkişaf etdirilməsi strategiyasına əsaslanır. Arif Əsgərovun taleyinin necə olacağına gəlincə isə onun tutduğu indiki vəzifəsini itirəcəyi şübhəsizdir. Əvvəla, idarə Fransız şirkətə verildikdən sonra əcnəbilərin Arif Əsgərovla işləyəcəyi ehtimalı kifayət qədər şübhəli görünür. Digər tərəfdən isə özünü hökumətin yanında da "yandıran" Arif Əsgərovun bu məsələdə hökumətin dəstəyini görəcəyi də ağlabatan görünmür. Çox böyük ehtimalla Fransız şirkət iş başına keçdikdən sonra qurumun strukturunda ciddi dəyişikliklər həyata keçiriləcək və həmin dəyişikliklərin məntiqi nəticəsi olaraq da Arif Əsgərov "oyundan kənar vəziyyətə" düşəcək. Başqa sözlə, Bakı Metropolitenində Tağı Əmədovla bağlı yaşananlar bir qədər fərqli formada bu dəfə də Arif Əgərovla bağlı yaşanacaq. Belə ki, Tağı Əhmədov tutduğu vəzifədən azad olunmadı, sadəcə olaraq onun rəhbərlik etdiyi qurum ləğv olundu və yaradılan yeni quruma da yeni rəhbər seçildi. Həmin ssenarinin Arif Əsgərovla bağlı da təkrarlanacağı gözlənilir".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53