"Bakı-Ceyhan olmasaydı, Azərbaycan müstəqil olmazdı"
11:21 24-04-2014
CƏMİYYƏT
"Bakı-Ceyhan olmasaydı,
Azərbaycan müstəqil olmazdı"
"ABŞ Azərbaycanda həyata keçirilən iri enerji layihələrində Amerika şirkətlərinin iştirakını istəyir".
Bu barədə ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar aprelin 23-də Xəzər Enerji Forumundakı (Caspian Energy Forum-2014) çıxışında bildirib.
Amerikalı diplomat hesab edir ki, "Şahdəniz-2" layihəsinin işlənilməsi yeni karbohidrogen ehtiyatlarının aşkar edilməsinə gətirib çıxara bilər. Bu işə beynəlxalq tərəfdaşların cəlb olunması Azərbaycan üçün çox vacibdir.
"Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın enerji resursları çox vacibdir. ABŞ bu istiqamətdə Azərbaycanla sıx işləyəcək. "Şahdəniz", TANAP və TAP layihələri mühüm əhəmiyyət kəsb edir və onların reallaşması böyük cəsarət tələb edir" - səfir vurğulayıb.
Diplomat üç əsas meyar sadalayıb ki, onun fikrincə, Dövlət Neft Şirkəti layihələrin reallaşması zamanı bunlara əsaslanmalıdır: "Birincisi, xarici tərəfdaş öz hökuməti tərəfdən dəstəklənməlidir. İkincisi, enerji layihələrinin reallaşması üçün lazım olan iri maliyyə xərcləri nəzərə alınmalıdır. Əvvəlki layihələrin reallaşmasına 50 milyon dollara qədər xərclənib və gələcəkdə reallaşması nəzərdə tutulan layihələr də çox bahalı olacaq. Odur ki, onları beynəlxalq tərəfdaşlıq çərçivəsində həyata keçirmək lazımdır. Üçüncüsü, enerji diversifikasiyasının təminatı amilini nəzərə almaq lazımdır.
ABŞ regiondakı layihələrdən birbaşa neft və qaz almayacaq. Bununla belə, Avropanın enerji təhlükəsizliyinin təminatını vacib sayırıq.
Azərbaycan MDB məkanında tam müstəqil siyasət yürüdən və heç kimdən asılı olmayan dövlətlərdən biridir. Dünyada baş verən son hadisələr dövlət suverenliyinin və müstəqilliyin Azərbaycan üçün nə dərəcədə mühüm aspektlər olduğunu göstərdi. Bakı-Tiflis-Ceyhan layihəsi olmasaydı, Azərbaycan öz müstəqilliyini saxlaya bilərdimi? Odur ki, yeni layihələr Azərbaycanın suverenliyinin və müstəqilliyinin təminatında mühüm rol oynayır"
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34