Mikayıl Cabbarovun menyüsünə!
11:34 25-04-2014
CƏMİYYƏT
Mikayıl Cabbarovun menyüsünə!
Orta məktəblərdən gələn şikayətlər çoxalır
Cəlilabad rayonunda xəstəxana söküntüsündə azyaşlı uşaqların əməyindən istifadə olunur. Bu barədə məlumatı aznews.az-a şəhər sakinləri veriblər.
Məlumatda qeyd edilir ki, şəhər Mərkəzi Xəstəxanasının təmir-bərpası ilə bağlı binada bir sıra söküntü işləri aparılır. Bu söküntü və ərazinin təmizlənməsi işlərinə 200-dən artıq məktəbli cəlb edilib. Bu isə sakinlər, xüsusən şagirdlərin valideynlərinin narazılığına səbəb olub. Əhali məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də nəticə olmayıb.Bundan sonra baş verənlərin videoya çəkilməsi cəhdi isə qarışı-durmaya səbəb olub. Keçmiş polis əməkdaşı, hazırda isə idman müəllimi işləyən şəxs (adını dəqiqləşdirməyə çalışırıq-İ.V) ərazidə çəkiliş aparmaq istəyən vətəndaşı hədələyib.Srağagün isə Suraxanı rayonunda müəllimlər məktəb direktoruna qarşı çıxıblar. Belə ki, 7 saylı internat məktəbinin 20-ə yaxın müəllimi direktor Afaqət Əsgərovaya qarşı aksiya keçirir. Hazırda müəllimlər məktəbin qarşısına toplaşaraq direktorun vəzifəsindən getməsini tələb edirlər.Müəllimlərin sözlərinə görə, direktor Afaqət Əsgərova onlar haqqında yalançı aktlar yazaraq məhkəməyə verib. Müəllimləri təhqir edən direktor onları işdən çıxartmaqla hədələyib.Son vaxtlar orta məktəblərdən müxtəlif səpkili şikayətlərin artması müşahidə olunur. Təhsil naziri Mikayıl Cabbarov bu posta təyin edildikdən sonra məktəb direktorlarının xeyli hissəsini cəzalandırsa da, bu cür təhsil müəssisələrində müxtəlif neqativ halların azalmaq əvəzinə artması diqqətdən yayınmır.
Belə hesab etmək olar ki, nazir orta məktəblərdəki vəziyyətlə bağlı təcili və təsirli addımların atılmasını davam etdirməlidir. Əks halda orta məktəblər şikayət və narazılıqların ünvanı olaraq qalmağa davam edəcək.
Aliyə
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00