Fərəc Quliyevdən təhlükə xəbərdarlığı
21:24 26-04-2014
CƏMİYYƏT
Fərəc Quliyevdən təhlükə xəbərdarlığı
Deputat hesab edir ki, "5-ci kolon" adlanan qüvvələr ölkəmizə, onun müstəqilliyinə qarşı ciddi təhdidlər törədə bilərlər
Son zamanlar Azərbaycanda Rusiyaya işləyən "5-ci kolon"un olduğu barədə məlumatlar yayılmaqdadır. Bilindiyi kimi, başqa bir dövlətin daxili işlərinə qarışmaq istəyən böyük dövlətlər hər zaman həmin ölkələrdə özlərinə işləyən müəyyən qüvvələrə malik olmalarını istəyib. Hansı ki, zaman-zaman bu qüvvələrin hətta siyasi hakimiyyət olimpində təmsil olunmasına belə cəhdlər olub.
Millət vəkili Fərəc Quliyev deyib ki, "5-ci kolon" adlanan qüvvələr ölkəmizə, onun müstəqilliyinə qarşı ciddi təhdidlər törədə bilərlər. Ona görə də onların qarşısı ciddi şəkildə alınmalıdır: "Ölkəmizdə Rusiyaya işləyən "5-ci kolon"un olması barədə deyilənlər elə məsələdir ki, burada iqtidar müxalifət münasibətləri olmur. Burada ancaq vətəndaş, vətənpərvərlik münasibətləri olur. İstənilən xarici bir ölkəyə dövlətin daxilindəki qüvvələr xidmət edirsə, bu satqınlıqdan başqa bir şey deyil. Son prezident seçkiləri dönəmində də bunu gördük. Rusiyanın projesi olaraq ortaya atılanlar, Azərbaycanda müxtəlif dəyişikliklər etməyə çalışanların sifətləri açıldı. Bir müddət özlərini milli-demokratik qüvvə kimi göstərənlərin başı Rusiyanın qoltuğundan çıxdı. Azərbaycanda Rusiyanın "5-ci kolon"u vardır, cəmiyyət də onlar barədə kifayət qədər məlumatlıdır. Belə hallar ölkəyə təhdiddir. Ölkəyə kənardan ola biləcək zərbələrin gücü, daxildən olan gücdən az olur. Çünki, baltaya özümüzünkilər sap olarsa, ölkəmizə daha ciddi zərbələr vurula bilər. Hazırda dünyada vəziyyət elədir ki, heç bir dövlətə kənardan müdaxilə etməklə istəyə nail olunmur. Ona görə də mütləq daxildə bir şeylərə istinad edərək iş görürlər. Məsələn, Rusiya Krımı işğal edəndə guya oradakı insanların arzuları, narazılıqları və kütləvi etirazlarını əsas götürmüşdü. Azərbaycan daxilində də başqa ölkələrə uşaqlıq etmək istəyən varsa, onlar seçkilər zamanı dövlətə böyüklük etmək iddiasını ortaya qoymasınlar. Belə qüvvələr aşkarlanaraq ifşa olunmalı və cəzalanmalıdır. Bu kimi qüvvələr tərəfindən Azərbaycanı sarsıdacaq hər hansı bir addım atılırsa, informasiyalar kənara ötürülürsə, daxildə hər hansı provokasiyanın baş qaldırmasına razılıq verirlərsə, bunu özü artıq dövlətimizə qarşı bir təhdiddir. Yəni bu halda yanımızda olmalı olanlar burada yox, düşmən tərəfdə olur. Gələcəkdə xarici qüvvələr tərəfindən hər hansı bir proje həyata keçiriləndə belə qüvvələr bunu etməyə həmişə hazır olurlar. Ona görə də belə ünsürlər mütləq ifşa olunmalıdır".
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00