Azay Quliyev: "QHT-lərə yardımla bərabər, onlara qarşı tələbkarlıq da yüksəldilməlidir"
21:25 26-04-2014
CƏMİYYƏT
Azay Quliyev: "QHT-lərə yardımla bərabər, onlara qarşı tələbkarlıq da yüksəldilməlidir"
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında rüblük fəaliyyətin yekunları ilə bağlı Katibliyin toplantısı keçirilib.G örülən işlər haqqında hesabat məruzələri dinlənilib və Şuranın cari ildə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti bütün istiqamətlər üzrə geniş təhlil edilib.
Toplantını Şura sədri Azay Quliyev açaraq fəaliyyətin rüblük yekunlarının müzakirəsinin vacibliyini bildirib. Layihələrin idarə edilməsi, monitorinq və hesabatların vəziyyətilə bağlı Katibliyin böyük məsləhətçisi Fərid Rüstəmov, mühasibatlıq və maliyyə vəsaitlərinin köçürülməsilə bağlı aparıcı məsləhətçi Emin Məmmədov, xarici ölkə QHT-ləri layihələrinin maliyyələşdirilməsi haqqında baş məsləhətçi Mustafa Qurbanlı, Şuranın informasiya siyasətinin qurulması və tənzimlənməsilə bağlı www.qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, həyata keçirilən layihələrin təbliği ilə bağlı "Vətəndaş cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı, QHT layihələri çərçivəsində çap edilən nəşrlərin poliqrafik vəziyyəti haqqında "QHT Nəşriyyatı" MMC-nin direktoru Rafiq Hüseynli məruzələrlə çıxış ediblər.
Məruzələrlə bağlı fikir və təkliflərini bildirən Şura sədri Azay Quliyev yerinə yetirilən layihələrin cəmiyyət üçün aktuallığını qeyd edərək QHT-lərə hər cür yardım edilməsilə bərabər onlara qarşı Katiblik əməkdaşları tərəfindən tələbkarlığın yüksəldilməsinin vacibliyini bildirdi. Vurğulandı ki, QHT-lərin banklardan ayrılmış qrant vəsaitlərini götürməsilə bağlı yaranmış problem Şura və Mərkəzi Bank arasında aparılan danışıqlar vasitəsilə həll edildi. Layihə idarəçiliyində effektivliyin artırılması məqsədilə Şuranın maliyyələşdirdiyi hər bir istiqamət üzrə QHT təmsilçiləri üçün maarifləndirdmə sessiyaları təşkil olundu, yeni metodik tövsiyələr hazırlanaraq QHT-lərə paylandı.
Layihələrinin icrasının monitorinqinin təşkilində qarşıya çıxan problemlərin həlli, o cümlədən Katiblik əməkdaşları ilə QHT-lər arasında kommunikativ əlaqələrin konkret iş günləri qrafiklərinə uyğun qurulması və hesabatların qəbulu üçün müddət çərçivələrinin təyin edilməsilə bağlı Şura sədri A.Quliyev Katibliyin rəhbərliyinə konkret tapşırıqlar verdi. A.Quliyev Maliyyə Nazirliyinə vaxtında illik maliyyə hesabatı təqdim etməyən 1695 QHT arasında Şuradan qrant alanların olub-olmadığı haqda arayışın hazırlanması, eləcə də hesabat verməyən digər QHT-lərə texniki yardım edilməsilə bağlı göstərişlər verilib.
Şura tərəfindən xarici ölkə QHT-lərinin layihələrinin maliyyələşdirilməsi üzrə müvafiq əməkdaşların hesabatlarını dinləyən sədr A.Quliyev vəsaitlərin QHT hesablarına köçürülməsi, həyata keçirilmiş tədbirlər haqqında hesabatların alınması və yoxlanılmasında yaranan çətinliklərin aradan qaldırılmasına yönəlik tapşırıqlar verib. Qeyd edildi ki, Şuranın dəstəyilə 12 xarici ölkədə həyata keçirilən 29 layihə üçün maliyyə vəsaitləri köçürüleb, 2 layihə artıq yekunlaşıb.
Tədbirdə daxili kargüzarlığa aid elektron proqramın Katiblik əməkdaşları tərəfindən daha yaxşı mənimsənilməsi üçün əlavə təlimlərin keçirilməsinə ehtiyacın olduğu bildirildi.
Toplantıda Şuranın informasiya siyasətinin günün tələblərinə uyğun şəkildə tənzimlənməsinin vacibliyini vurğulayan sədr A.Quliyev Şuranın www.qhtxeber.az informasiya portalı, "Vətəndaş cəmiyyəti" jurnalı və "QHT Nəşriyyatı" MMC-nin fəaliyyətilə bağlı hesabatlara aid də tövsiyə və tapşırıqlarını verdi. Qeyd edildi ki, informasiya yayımının operativliyini və yüksək keyfiyyətini təmin etmək üçün bu qurumlara hər cür şərait yaradılmışdır. Ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə həyata keçirilən bütün layihələrə informasiya dəstəyinin təmin olunması haqda fikir mübadiləsi aparıldı. Şura sədri QHT layihələri çərçivəsində nəşr edilmiş buklet və bülletenlərin tərtibat və poliqrafik keyfiyyətindən narazılığını ifadə edərək bu məsələlərin nizama salınması üçün müvafiq şəxslərdən ibarət xüsusi redaksiya komissiyasının yaradılmasını zəruri saydı.
Sədr A.Quliyev Şuranın qarşısında duran mühüm dövlət əhəmiyyətli vəzifələrin layiqincə yerinə yetirilməsinin Katiblikdə çalışan hər bir əməkdaşdan da asılı olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırdı.
Digər Xəbərlər
2024-12-28 20:53:11
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34