Nazim İbrahimov: "Azərbaycan irəliyə doğru daha bir addım atmış olacaq"
21:26 26-04-2014
SİYASƏT
Nazim İbrahimov: "Azərbaycan irəliyə doğru daha bir addım atmış olacaq"
"Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumu regionda keçirilən ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir. Hesab edirəm ki, artıq ikinci dəfə keçirilən bu forum Azərbaycanın ictimai-siyasi həyatında çox vacib və əhəmiyyətli hadisədir".
Bunu açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov deyib.
N. İbrahimov deyib ki, forumun işində bir çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər və onların əksəriyyəti müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində birbaşa rolu olan şəxslərdir: "Təbii ki, müzakirə olunacaq məsələlərin aktuallığı və məzmunu belə nüfuzlu simaların iştirakını zəruri edən şərtlərdəndir. Forumda mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac kimi günümüzün aktual və vacib məsələləri müzakirə olunacaq".
N. İbrahimov onu da deyib ki, son zamanlar müasir dünya siyasətində baş verən mürəkkəb proseslər, strateji maraqların toqquşması istiqamətində yaranan situasiyalar da bu cür beynəlxalq toplantıların keçirilməsini daha zəruri edir:
"Düşünürük ki, dünyada baş verən siyasi proseslərin qarşılıqlı əməkdaşlıq və dialoq yolu ilə həll olunmasında bu tədbirin xüsusi rolu olacaq. Azərbaycan düşünülmüş xarici siyasət yürüdən bir ölkə kimi, təşkil etdiyi bu beynəlxalq forumla baş verən proseslərin dialoq və qarşılıqlı əməkdaşlıq şəraitində həllinə öz töhfəsini vermiş olacaq. Daha bir önəmli məqam odur ki, Azərbaycanın dünyada, beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində, siyasi dialoqa, beynəlxalq hüquq normalarına dəyər verən bir ölkə kimi tanıdılmasında da forumun əhəmiyyəti çox böyükdür. Çünki bu tədbirdə 50-dən çox ölkədən 150-dən artıq qonaq iştirak edəcək və Azərbaycan yeni-yeni dostlar qazanması istiqamətində irəliyə doğru daha bir addım atmış olacaq".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35