Müxalif cəbhədə yeni savaş, BAXCP-dən Müsavata ittiham
07:45 29-04-2014
CƏMİYYƏT
Müxalif cəbhədə yeni savaş, BAXCP-dən Müsavata ittiham
Qüdrət Həsənquliyevin müavini deyir ki, Arif Hacılı Müsavat Partiyasında böyük bir parçalanmanın əsasını qoyacaq və özünün partiyasını yaradacaq
Müsavat Partiyasının qurultay məsələsi problem olaraq qalmaqdadır. Partiyanın mayın 24-nə təyin olunan qurultayının keçirilməsi sual altına düşsə də, yetkililər bildirirlər ki, ali tədbirlərinin taleyi bu həftə olacaq məhkəmənin nəticələrindən asılıdır.
Məlum olduğu kimi, partiyanın qurultayın keçirilməsi üçün yer ayrılması ilə bağlı BŞİH-nə etdiyi müraciət hələ də cavabsız qalıb. Bunun qarşılığında Müsavat Partiyası Bakı meriyasını məhkəməyə verib. Aprelin 29-da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ilkin məhkəmə prosesi olacaq. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı keçirilmə vaxtı artıq müəyyən olunan qurultayın baş tutub-tutmamasının Azərbaycan hakimiyyətindən asılı olduğunu bildirdi: "Əslində, partiyamızın qurultayının keçirilmə vaxtı 3 aya yaxındır ki, dəqiqləşib. Sadəcə, bunun üçün uyğun yerin ayrılmaması ucbatından problemlər yaranıb. Hakimiyyət nə vaxt yer ayıracaqsa, o zaman da qurultay keçiriləcək". Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da hər şeyin məhkəmənin qərarından asılı olduğunu bildirdi: "Məhkəmədən xahiş etmişik ki, "Siyasi partiyalar haqqında" Qanuna müvafiq olaraq, Müsavat Partiyasının qurultayının keçirilməsinə yer ayrılması ilə bağlı qərar çıxarılsın. Məhkəmə ədalətli olarsa, BŞİH də məcbur olub, qurultay üçün yer ayıracaq. Məhz, bundan sonra qurultayın vaxtı dəqiqləşəcək. Yox, əgər, bu məsələ uzadılsa, partiya bundan sonra atacağı addımları müəyyənləşdirəcək".
Partiya yetkililərinin açıqlamalarından görünür ki, Müsavatda qurultayla bağlı müəmmalı bir vəziyyət var. Amma məsələnin əsl səbəbini gizli saxlamağa çalışırlar. Qurultayın keçirilməməsinin yerlə əlaqədar olmadığını hamı bilir. Bu barədə "Unikal"a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavatın qurultayla bağlı ciddi problemlərinin olduğunu deyib. Onun sözlərnə görə, burada əsas problem Arif Hacılı ilə bağlıdır: "Qurultayın 2 ildən artıqdır ki, keçirilməməsinin səbəbi heç də yerlə bağlı deyil. Birbaşa bu İsa Qəmbərin başqanlıq məsələsidir. Bilirlər ki, qurultay keçirlsə İsa Qəmbər başqanlıqdan gedəcək. Ona görə də bu iki ildən artıqdır ki, uzanır. Bunu edən də İsa Qəmbərdir. Ancaq hamıda bilir ki, müsavat partiyasında Arıf Hacılı faktoru var. O da İsa Qəmbərə razılıq verib və indi bunlar arasında qeyri-rəsmi razılaşma olub. İndiyə qədər Müsavat partiyasında İsa Qəmbərdən sonra başqan olmaq iddasında olan şəxslərin hər biri Arıf Hacılıya məğlub olublar ve partıyanı tərk ediblər. Sonradan bu səbəbdən partiyadan ayrıldıqlarını ölkə mətbuatınada deyiblər".
BAXCP sədrinin müavini onu da qeyd edib ki, Arif Hacılının təzyiqləri qarşısında İsa Qəmbər də aciz qalıb: "Artıq Arıf Hacılının İsa Qəmbərə verdiyi vaxt bitib və bundan sonra müsavatın qurultayı keçiriləcək. İsa Qəmbər də Arıf Hacılıya veridyi vədi yerinə yetirəcək. Müsavatın növbəti başqanı Arıf Hacılı olacaq. Yer bəhanəsi ilə bağlı deyilən fikirlərin heç bir əsas yoxdur. Partıyada İsa Qəmbərin başqan olaraq qalmasını istəyən şəxslər də var. Onlar bütün imkanları ilə çalışırlar ki, başqanlıq dəyişilməsin. Əksəriyyəti də bilir ki, Arıf Hacılı başqan olsa, öz vəzifələrini itirmiş olacaqlar. Öz vəzifələrinin itirilməməsi üçün dirəniş göstərirlər. Bu hal baş vermiş olsa , Arif Hacılı Müsavat Partiyasında böyük bir parçalanmanın əsasını qoyacaq və özünün partiyasını yaradacaq".
Z.QƏRİB
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27