Əli Kərimlidən Müsavata embarqo
Əli Kərimlidən Müsavata embarqo
AXCP sədri İsa Qşmbərin təşkil elədiyi toplantıya getmədi

Dünən Müsavat Partiyasının qərargahında "Rusiya təhlükəsi və Azərbaycan" mövzusunda ekspertlərin və ictimai-siyasi xadimlərin iştirakı ilə tədbir keçirilib.
Toplantıda Müsavat başqanı İsa Qəmbər, politoloq Leyla Əliyeva, "El" Hərəkatının sədri Eldar Namazov, "El" funksioneri Köçəri Nağıbəyli, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iştirak edib. Tədbirdə Rusiyanın Ukraynaya hücumu, Azərbaycana Qazaxıstana yönəlik təhlükəsi müzakirə edilib.
Onu da qeyd edək ki, toplantıda AXCP və Milli Şuradan heç bir nümayəndə iştirak etməyib. Bu da onu göstərir ki, Əli Kərimli İsa Qəmbərlə münasibətlərini sıcaqlaşdırmaq niyyətində deyil.