Araz Əzimov: "Ermənistandakı ictimai qüvvələr
ölkə rəhbərliyinə təzyiq göstərsə, xalq diplomatiyasının daha ciddi rolundan danışmaq olar"
"Xalq diplomatiyası populyar bir termindir, onun tərkibində müxtəlif metodlar, mexanizmlər var. Əlbəttə ki, hazırkı zamanda beynəlxalq informasiya vasitələrində, internet daxil olmaqla beynəlxalq informasiya mühitinün inkişafı ilə bağlı xalq diplomatiyasının daha yeni imkanları əmələ gəlir. Amma xalq diplomatiyası özü həlledici rol oynaya bilməz, çünki sonda hansısa bir dövlətin, bu halda Ermənistanın rəhbərliyindən çox şey asılıdır".
Bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Onun sözlərinə görə, ilk növbədə, bu ölkənin rəhbərliyi gərək ciddi qərarların götürülməsinə hazırlığını bildirsin:
"Bəlkə də, Ermənistan ictimai qüvvələri bu ölkə rəhbərliyini xalq diplomatiyası vasitəsilə vəziyyəti, Azərbaycanın mövqeyini dəyərləndirməyə vadar edə bilər. Yəni Ermənistandakı ictimai qüvvələr ölkə prezidentinə, rəhbərliyə ictimai vasitələrlə təzyiq göstərsə və məhz Azərbaycanla normal əlaqələri qurmaq üçün bir impuls rolu oynasa, bəlkə də xalq diplomatiyasının daha ciddi rolundan danışa bilərik. Amma hazırda bunun şahidi olmuram, bunu görmürəm. Çünki Ermənistanda, ümumiyyətlə, plüralizm varsa, əfsuslar olsun ki, görünən bir səviyyədə özünü büruzə vermir. Həmçinin əfsuslar olsun ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı orada plüralizm və ayrı fikirin şahidi olmuruq".
Novruz Məmmədov: "Azərbaycan-Türkiyə qardaşlığını qorumaq təkcə dövlət başçılarının yox, hamımızın müqəddəs borcudur"
Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.
"Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı", - deyə N. Məmmədov bəyan edib.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)