"Rusiya dünyanın susqunluğundan istifadə edərək işğalı davam etdirir"
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıda keçirilən Forumda iştirak edən ölkələrin nümayəndələrindən, beynəlxalq təşkilatlardan ölkəsində baş verənlərə son qoyulması üçün kömək istəyib.
Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda proqramda çıxışı nəzərdə tutulmayan V. Yuşşenko panellərin birində gözlənilmədən söz alıb.
O, yerindən qalxaraq iştirakçılara və beynəlxalq təşkilatlara üz tutaraq deyib: "Bu gün biz dünyanın təhlükəsizliyindən danışırıqsa, hazırda Avropanın, xüsusilə də Şərqi Avropa və ona yaxın regionun üzləşdiyi amansız təhlükənin həlli yollarını tapmalıyıq. Bu illərdə Azərbaycanın 20 faiz torpaqları işğal olundu, Gürcüstan ərazi itirdi, indi də Ukrayna itirə-itirə gedir, faktiki işğala məruz qalıb. Amma hamınız, dünya susur. Niyə?"
V. Yuşşenko deyib ki, sadaladığı bütün işğallar birbaşa rəsmi Moskva tərəfindən qızışdırılır, yaxud həyata keçirilir: "Rusiya dünyanın susqunluğundan istifadə edərək iştaha ilə işğalı davam etdirir. Soruşan yoxdur ki, niyə bu işğallar var və niyə davam edir?! Məgər dünya belə ədalətsizlikdən ibarətdir?"
V. Yuşşenko regionda baş verənlərin həllinə çağırıb: "Biz baş verənləri təhlil etsək görərik ki, bunların əsasını demokratiya və Moskva monarxiya arasında baş verən münaqişə təşkil edir. Ona görə də hər şeyi buradan başlamalıyıq".
Sabiq prezidentin sözlərinə görə, bir çox məsələlər həmrəylikdən asılıdır: "Biz həmrəy olmasaq, Dağlıq Qarabağda, Abxaziyada, eləcə də Krımda uduzacağıq. Cənablar, unutmayın, son günlər çalınan bu zəng bizim hamımız üçündür. Çünki sadaladığım münaqişələr ikitərəfli lokal münaqişələr deyil. Bunlar geosiyasi xarakter daşıyır və hamımıza aidiyyəti var. Buna son verməliyik".
Sonda onun bu tənqidi çıxışı zalda gur alqışla qarşılanıb.
Digər Xəbərlər
2025-02-26 15:44:08

2025-02-26 15:21:43

2025-02-26 15:04:47

2025-02-26 14:42:41

2025-02-26 14:14:14

2025-02-26 14:01:00

2025-02-26 13:57:35

2025-02-26 13:47:03

2025-02-26 13:37:33

2025-02-26 13:23:00

2025-02-26 13:06:17

2025-02-26 13:04:00

2025-02-26 13:03:30

2025-02-26 12:56:05

2025-02-26 12:55:02

2025-02-26 12:34:02

2025-02-26 12:32:00

2025-02-26 12:20:00

2025-02-26 12:18:00
