Bakıda sökülən bina sakinlərinin ürəyi "sökülür"
Bakıda bir müddət əvvəl sökülən binanın sakinlərinin narahatlığı günbəgün artır.
Bir neçə ay əvvəl Heydər Əliyev prospektində sökülən binaların yerində tikintinin hələ də başlamaması sakinləri təşvişə salıb. Sakinlərin Milli.Az-a verdikləri məlumata görə, qısa zamanda tikiləcəyi vəd edilən binanın heç bünövrəsi qazılmayıb. Hasarlanmış ərazidə heç bir iş aparılmayıb. Şayiələr gəzir ki, guya sökülən binaların yerində inşa olunması planlaşdırılan tikili üçün pul ayrılmayıb.
Nərimanov Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, heç bir narahatlığa əsas yoxdur. Sökülən binaların sakinləri kirayəyə çıxarılıb, tikiləcək evlərinin müqaviləsi təqdim edilib, binanın layihəsi ilə də tanış ediliblər. Hazırda sənədləşmə işləri aparılır, yaxın günlərdə tikintiyə start veriləcək. Sökülən binaların yerində gözəl 7+1 mərtəbəli binalar tikiləcək.
Digər Xəbərlər
2025-02-26 15:21:43

2025-02-26 15:04:47

2025-02-26 14:42:41

2025-02-26 14:14:14

2025-02-26 14:01:00

2025-02-26 13:57:35

2025-02-26 13:47:03

2025-02-26 13:37:33

2025-02-26 13:23:00

2025-02-26 13:06:17

2025-02-26 13:04:00

2025-02-26 13:03:30

2025-02-26 12:56:05

2025-02-26 12:55:02

2025-02-26 12:34:02

2025-02-26 12:32:00

2025-02-26 12:20:00

2025-02-26 12:18:00

2025-02-26 11:55:00
