Xanım deputat siyasi qardaşlıqdan danışıb
07:27 30-04-2014
CƏMİYYƏT
Xanım deputat siyasi qardaşlıqdan danışıb
Aytən Mustafayeva: "Azərbaycanla Türkiyə qardaş dövlətlərdir, bu qardaşlığa və dostluğa xətər yetirmək qeyri-mümkündür"
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Praqada keçirilən sammitlə bağlı mövqeyini açıqlayıb.
Xanım millət vəkili deyib ki, ölkə başçısının həmin tədbirdəki çıxışı xüsusi əhəməyyətlidir: "Prezident İlham Əliyevin Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitindəki çıxışı bir daha sübut etdi ki, Azərbaycanla Türkiyə qardaş dövlətlərdir, bu qardaşlığa və dostluğa xətər yetirmək qeyri-mümkündür. Azərbaycanın Sammitdə təmsil olunması həm də Türkiyənin orada olması demək idi".
A.Mustafayeva bildirib ki, Sarkisyanın sammitdəki çıxışına tutarlı cavab verilib. Onun sözlərinə görə, Qarabağda törədilən cinayətlərin başında duranlardan biri də Sarkisyan olub.
"Onun əli Qarabağda minlərlə insanın qanına batıb, onun rəhbərliyi altında minlərlə günahsız insan qətlə yetirilib. Məhz belə bir adamın sammitdə düşüncəsiz çıxışı layiqli cavabını aldı"- deyə, A.Mustafayeva qeyd edib.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27