Novruz Məmmədov: "Aİ 15 il ərzində sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin son illərdə bunu qəbul etmək istəmir"
07:28 30-04-2014
CƏMİYYƏT
Novruz Məmmədov: "Aİ 15 il ərzində sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin son illərdə bunu qəbul etmək istəmir"
Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Azərbaycan üçün böyük problemlər yaradır.
Azərbaycan Qərb dövlətləri ilə demokratiya və insan haqlarının inkişafı, enerji, terrora qarşı mübarizə sahələrində yaxından əməkdaşlıq edir.
Bunu çərşənbə axşamı Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun panel iclasında çıxışı zamanı deyib.
PA rəsmisinin sözlərinə görə, ölkədə daxili sabitlik tam təmin olunub: "Lakin bir şeyi bacarmırıq. Bu da münaqişəni həll etməkdir. Çünki biz müharibənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Təəssüflər olsun ki, bu günə qədər nə ATƏT-in Minsk qrupu, nə də dünyanın aparıcı güc mərkəzləri, onlardan da ən mühümü olan Avropa İttifaqından ədalətli mövqe görə bilmirik. Avropa İttifaqı bizə təklif edirdi ki, Assosiasiya Sazişi imzalayaq, orada isə bizim ərazi bütövlüyümüz məsələsi çıxarılmışdır. Avropa İttifaqı 15 il ərzində sənədlərdə bizim ərazi bütövlüyümüzü tanıyıb, lakin son illərdə bunu qəbul etmək istəmir. Bunu biz necə başa düşə bilərik? Belə məsələlər bizi çox düşündürür. Mən fikirləşirəm ki, bu gün bizə ən çox lazım olan ölkə daxilində təsisatların qurulması ilə bərabər beynəlxalq aləmdə ədalətli prinsiplərin sözdə bəyan edilməsi yox, tətbiq olunmasıdır".
N.Məmmədov qeyd edib ki, Ukrayna böhranı ilə bağlı mart ayında dünyanın iki böyük dövlətinin rəhbərləri hərəsi 1 saat çıxış etdi, onlardan biri Barak Obama idi: "Bir saat ərzində beynəlxalq hüquq, onun qorunması, pozulması məsələsini dəfələrlə qeyd etdi. Amma Azərbaycanla bağlı, münaqişə ilə bağlı Qərb və Avropa dövlətinin nümayəndəsi "bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır" ifadəsini işlətmir. Nə üçün belə ikili yanaşma olmalıdır?"
Digər Xəbərlər
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33