Fətullah Gülənə cinayət işi açıldı
09:26 01-05-2014
CƏMİYYƏT
Fətullah Gülənə cinayət işi açıldı
Ankara Prokurorluğunda Fətullah Gülən barəsində istintaq başlanıb. Qeyd edək ki, srağagün Gülən barəsində Terrorla Mübarizə Qanunun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaqın başladığı bildirilir.
Verilən məlumata görə, Gülən və "paralel yapı" adlanın qruplaşmanın üzvlərinin Türkiyə hökumətini devirmək təşəbbüsü ilə birlik yaratmaları haqqında məlumatlar da istintaq materiallarının içinə əlavə edilib.
Onu da deyək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin qaytarılması üçün hüquqi prosesin başlayacağını söyləyib.
Baş nazir Ərdoğan bir jurnalistin Fəthullah Gülənin geri qaytarılması ilə əlaqədar hüquqi müddət başlayacaqmı sualına konkret cavab verib. Baş nazir bildirib ki, bəli hüquqi müddət başlayacaq.
Xatırladaq ki, Türkiyə baş naziri ABŞ-ın Fətullah Güləni deportasiya etməli olduğunu bildirmişdi. O bildirib ki, 17 dekabr və 25 dekabrda atılan addımlar zərbə cəhdinə çevrilib.
Bu arada ABŞ dövlət katibinin sözcüsü Cen Psaki Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "Gülən" camaatının lideri Fətullah Gülənin deportasiya edilməsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. Xarici KİV-in məlumatına görə, Cen Psaki jurnalistlərin Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı suallarını cavablandırıb. Jurnalistlər ondan rəsmi Ankaranın F.Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı ABŞ-a rəsmi müraciətin edilib-edilmədiyini soruşub. Cen Psaki bildirib ki, bu barədə heç bir söz deyə bilməz.
"Belə mövzularda gözləmə mövqeyində olmağı üstün tuturuq. Rəsmi müraciətin edilib-edilmədiyi haqda heç bir söz deyə bilmərəm. Təəssüf ki, bu mövzularda deyə biləcək az söz var", - ABŞ dövlət katibinin sözcüsü deyib.
Jurnalistlər Cen Psakidən F.Gülənin ABŞ vətəndaşı olub-olmadığını soruşub. ABŞ rəsmisi bu haqda da heç bir söz deyə bilməyəcəyini deyib: "Lakin inanmıram ki, o, ABŞ vətəndaşıdır".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27