Fəzail Ağamalı:
Fəzail Ağamalı: "Ermənistanın təcavüzkarlığı ifşa edilib"

"Prezident İlham Əliyevin Praqada keçirdiyi görüşlər xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı istər ölkə daxilində, istərsə də xarici səfərlərdə çıxışı zamanı hər zaman cəsarətli, açıq şəkildə, birmənalı olaraq Ermənistanın təcavüzkarlığını ifşa edib".
Bu fikirləri AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O bildirib ki, Azərbaycan Prezidentinin ifadə etdiyi mövqe bizim dövlət və milli maraqlarımıza xidmət edir. Onun sözlərinə görə, Prezidentimiz nəinki ölkə daxilində, eyni zamanda xaricdə də prinsipial, mövqeyindən geri çəkilməyən mövqeyini ortaya qoyur. "Bu isə ölkəsini sevən, onun gələcəyini düşünən bir lider kimi dövlət başçısının nüfuzunu daha da artırır. "Şərq Tərəfdaşlığı" Sammiti çərçivəsində Avropanın kifayət qədər nüfuz sahibi olan siyasətçiləri qarşısında bir daha Ermənistanın təcavüzkar olması prezident Serj Sarkisyanın gözünün içinə söyləndi. Ermənistan prezidenti Türkiyənin ünvanına tənqidi, heç bir əsası olmayan, qərəzli fikirlərini səsləndirəndə isə ölkəmizin başçısı İlham Əliyev onu susdurdu. Təbii ki, işğalçı ölkənin bu duruma düşməsində Prezident İlham Əliyevin konseptual olaraq ortaya qoyduğu hücum diplomatiyasının böyük rolu var"- deyə, F.Ağamalı qeyd edib.