Ziya Məmmədov üçün yeni bəd xəbər
12:00 02-05-2014
CƏMİYYƏT
Ziya Məmmədov üçün yeni bəd xəbər
Nəqliyyat nazirinin gündəlik 200 min manat qazanc gətirən biznesi "çökdü"
Bir müddət əvvəl prezident İlham Əliyev Bakıda yolkənarlarında maşın saxlayanlardan bəhs etmişdi. Dövlət başçısı bildirmişdi ki, həmin adamların konkret nə işlə məşğul olduğunu hələ də bilmir. Ona görə də, "əliçubuqlu" adamların yığışdırılmasını istəmişdi.
Onu da qeyd etmək lazımdır ki, paytaxtda yol kənarlarında maşınların dayanması məsələsi çoxdanın
problemidir və bu "parking" xidməti bir çox hallarda hərəkətin məhdudlaşmasına gətirib çıxarırdı. Xüsusən də dar yollarda yaranan vəziyyət daha acınacaqlıdır. Hərçənd problemi tam həll etmək də mümkün deyil. Çünki Bakıda xeyli sayda parkingə ehtiyac var. Tikilən bir-iki iri parking isə təlabatı qarşılamaq gücündə deyil.
"Əliçubuqlu"larla bağlı məsələyə gəlincə isə burada hər şey ilk baxışdan sadə görünür. Hər maşın üçün 20-50 qəpik, bəzi yerlərdə isə 1 manat yığan həmin şəxslərin konkret tabe olduqları dövlət qurumu mövcud deyil. Amma onların birmənalı olaraq Nəqliyyat Nazirliyinə, daha doğrusu, nəqliyyat naziri Ziya Məmmədova işlədiyi dəqiq məsələdir.
Bununla bağlı aparılan araşdırma zamanı üzə çıxan bir reallıq isə gün ərzində təkcə paytaxtda "parkovka" məsələsindən yığılan pulların həcmi ilə bağlı olub. İlkin təxminlərə görə, Bakıda yol kənarında saxlanılan maşınlardan yığılan pulun miqdarı gün ərzində 200 min manata yaxındır. Həmin pulların "əliçubuqlular" tərəfindən toplanması bütün məbləğin onlara çatması anlamına da gəlmir. Bu şəxslər yalnız gündəlik "dövriyyə"nin 5-10 faizinə sahib olmaqla dolanışıqlarını qururlar.
Həmin pulları yığanlar isə nəqliyyat naziri Ziya Məmmədovun xeyli əvvəldən yaratdığı "briqadalar"dır. jam.az-ın araşdırmasına görə, bu "briqada"larda təmsil olunanlar sayca 20-30 nəfərdən ibarətdir. Maşınla təhciz olunmuş dəstələr gün ərzində "əliçubuqlular"la görüşərək, onlardan gündəlik dövriyyəni almağa məsul ediliblər. Elə parking xidməti göstərən şəxslər də təsdiq edirlər ki, onlardan pulları toplayan nəqliyyat nazirinin adamlarıdır.
Hazırda həmin biznes sahəsi başlı-başına qalıb. Artıq bir həftəyə yaxındır ki, nə "briqada"nın işçiləri pul yığır, nə də "əliçubuqlular" o pulu şəxsi vəasiti kimi, xərcləməyə cəsarət edir. Səbəb Ziya Məmmədovun bu biznesindən əl çəkməsidir. Amma belə gəlirli bir sahənin üzun müddət boş qalacağı inandırıcı görünmür. Tezliklə onun yeni sahibi də məlum olar.
Aliyə
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27