Prezident İlham Əliyev "Ağdaş" elektrik yarımstansiyasının açılışında iştirak edib
12:02 02-05-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev "Ağdaş" elektrik
yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev 220 kilovoltluq "Ağdaş" elektrik yarımstansiyasının açılışında iştirak edib.
İnzibati bina ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırılıb ki, yarımstansiya iki avtotransformatordan, 2 açıq paylayıcı quruluşdan, idarəetmə mərkəzindən, xüsusi sərfiyyat üçün 2 transformatordan, ehtiyat xüsusi sərfiyyat mənbəyi olan dizel-generatorundan, qəza yağ qəbuledici tutumundan, yanğından mühafizə sistemindən və digər komponentlərdən ibarətdir.
Yarımstansiyanın şəbəkəyə birləşdirilməsi üçün 60 kilometrdən artıq 110 kilovoltluq hava xətti çəkilib. Bu, ətraf rayonları elektrik enerjisi ilə etibarlı təmin etmək imkanlarını artıracaq.
İstismara verildikdən sonra yarımstansiyada 25-ə yaxın işçi daimi işlə təmin olunacaq. Bütövlükdə bu layihənin icrasının başa çatması nəticəsində 500 kilovoltluq "Abşeron" yarımstansiyası ilə Mingəçevir Su Elektrik Stansiyası arasında əlaqələr güclənəcək, texniki itkilər xeyli azalacaq və ümumilikdə, aran bölgəsinin, o cümlədən Ağdaş, Göyçay, Ucar və Qəbələ rayonlarının keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54