Millətlərarası münasibətlərdə və tolerantlıqda nümunə
12:07 02-05-2014
SİYASƏT
Millətlərarası münasibətlərdə və tolerantlıqda nümunə
ABŞ-da Azərbaycan nümunəsi bəyan edildi
Azərbaycan millətlərarası münasibətlərin inkişafı, dini-milli tolerantlığın qorunması istiqamətində maraqlı nümunələr yaratmaqda və fərqli bir yol seçməkdədir. Belə ki, Azərbaycan bir tərəfdən ölkədaxilində həmrəyliyin, dözümlülüyün qorunmasını prioritet əməl kimi qəbul edirsə, digər tərəfdən də başqa dövlətlərlə ünsiyyəti dərinləşdirməklə mədəniyyətlərin inteqrasiyası və bunun fövqündə millətlərarası münasibətlərin inkişafını vacib faktor kimi dəyərləndirir.
Bu baxımdan son illər Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi ilə vurğulamaq lazımdır. Məsələn, 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondunun işi həyatın bütün sahələrini – təhsil, elm, mədəniyyət, xeyriyyəçilik, səhiyyə, ekologiya sahələrini əhatə edir. Fond ilk növbədə öz vətənində çoxlu proqramları reallaşdırır. Bunu demək kifayətdir ki, bu gün Azərbaycanda təmir edilməmiş və ya köhnə məktəblər yoxdur – "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi məhz bu Fond tərəfindən həyata keçirilmişdir. Fond müxtəlif mədəni tədbirlərin, o cümlədən Azərbaycanda və başqa ölkələrdə musiqi festivallarının təşkil olunmasına da kömək edir. Fondun fəaliyyəti geniş əhatəlidir, lakin mədəniyyətin dəstəklənməsi, sosial proqramlarda iştirak məsələlərinə xüsusi əhəmiyyət verilir. Fond başqa ölkələrdə də, o cümlədən Gürcüstan, Pakistan, Fransa və Rusiyada humanitar layihələr reallaşdırır. Fond Pakistanın Müzəffərabad şəhərindəki qızlar məktəbinin əsaslı şəkildə yenidən qurulması ilə məşğul olur, Fransada Strasburq kilsəsinin və Versaldakı bəzi obyektlərin yenidən qurulması ilə bağlı işləri dəstəkləyir. Fondun fəaliyyəti, məsələn, Ulyanovskda yeni məktəblərin tikilməsi, Həştərxanda 11 nömrəli məktəbin təmir edilməsi, Volqoqradda böyük Dostluq parkının yaradılması, musiqi və kitab festivallarının təşkilinə kömək, ekologiya proqramları nümunəsində aşkar görünür. Belə layihələri saymaqla qurtarmaz. Bir qayda olaraq, Fond regionlar üçün ən mühüm proqramlara dəstək verir.Bu isə özlüyündə millətlərarası münasibətlərin inkişafına müsbət təsirini göstərir. Ekspertlər bu cür layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanında rolunu xüsusi olaraq dəyərləndirir. Belə ki, qısa zaman ərzində Leyla Əliyeva Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafı, inteqrasiyası sahəsində mühüm addımlar atdı və bunu Rusiya elitası kifayət qədər yüksək dəyərləndirir və hazırda bu istiqamətdə işlər davam etdirilir. Son zamanlar isə Leyla Əliyevanın azərbaycanlıların sıx yaşadığı Həştərxan şəhərinə diqqət ayırması elə şəhər rəhbərləri, sakinləri tərəfindən yüksək qiymətləndirilir. Həştərxan aktivləri bildirir ki,Sovet İttifaqı dövründə Həştərxanla Azərbaycanın bu əlaqələri heç kəsi təəccübləndirmirdi. Bu gün isə çoxları maraqlanır: görəsən bizim münasibətlərin inkişaf etməsinin arxasında hansı niyyətlər gizlənir? Əslində, burada həqiqətən niyyət var: biz bir-birimizə nə qədər qayğı ilə yanaşsaq, regionlarımız və ölkələrimiz bir o qədər firavan olacaqdır. Bunun kimə ziyanı ola bilər? Mən məhz xalq diplomatiyasına həmişə hörmətlə yanaşmışam. Könülləri, insanları bir-birinə bağlayan xeyirxahlıq telləri möhkəmlənirsə, əlaqələr inkişaf edirsə, deməli, məhz bu cür diplomatiya təsir göstərir, onda "yuxarılarda" da münasibətlər qurmaq asan olur, çünki ağıllı siyasətçilər həmişə insanların əhval-ruhiyyəsini əsas götürürlər. Həştərxan ilə Bakı arasında münasibətlər bu prinsiplər üzrə qurulur. Çox şadam ki, sözün həqiqi mənasında xeyirxah, yaxşı, ağıllı və məsuliyyətli insanların səyləri ölkələrimiz və şəhərlərimiz arasında qarşılıqlı insani və siyasi münasibətlərin inkişafına kömək edir. Bu sözlər ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Həştərxana yüksək diqqət və qayğı göstərən Leyla Əliyevaya, Fondun prezidenti Mehriban Əliyevaya aiddir. Mehriban Əliyeva çox fəal həyat mövqeyi olan bir xanım, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Azərbaycanın birinci xanımının, necə deyərlər, işləri həddən çox olsa da, Həştərxanda vəziyyətlə daim
maraqlanır. Bütün bu işlərin arxasında Heydər Əliyev Fondunun çox böyük səyləri dayanır. Üç ildə yaradılmış real obyektlər Həştərxanın abadlaşmasına sanballı töhfə olmuşdur. Təsadüfi deyildir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva Həştərxan layihəsinə görə Müqəddəs Knyaginya Olqa ordeninə layiq görülmüş, Bakı şəhərindəki Nərimanov rayonu icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə Rusiyanın "Dostluq" ordeni ilə təltif edilmişdir.
Leyla Əliyeva BMT Radiosuna müsahibəsində Həştərxan ilə əməkdaşlıq haqqında və bu təltifin onun üçün əhəmiyyəti barədə danışmışdır. Onun sözləri belə idi: "Rusiyanın Həştərxan vilayəti Azərbaycana yaxındır. Bizim ortaq cəhətlərimiz çoxdur. Hesab edirəm ki, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə yönəlmiş tədbirlər daha çox keçirilməlidir. Ölkələrimizi bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri çoxillik tarixə malikdir. Bu adi insani münasibətlər əsasında çox şey qurulur". Bunu da qeyd edək ki, Heydər Əliyev Fondu hazırda Avropa ölkələrində də mühüm layihələr həyata keçirir və qərb mütəxəssisləri Azərbaycanın millətlərarası münasibətlərə yanaşmasını bir nümunə kimi dəyərləndirirlər. Bununla yanaşı Azərbaycan həm də dini tolerantlıq sahəsində mühüm addımlara imza atıb. Hazırda Azərbaycanda bütün dinlərin mövcudluğu ciddi şəkildə qorunur və yeni dini ocaqlar dövlət hesabına inşa edilir. Amma çox təssüflər ki, bu gün dünyada, əsasəndə aparıcı Qərb ölkələrində və ABŞ-da bir islamafobiya problemi yaşanır ki, buda istər-istəməz təsirsiz ötüşmür. Elə bu səbəbdən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ-da keçirilən Forumda kifayət qədər sərt çıxış etdi. Çıxışı zamanı Allahşükür Paşazadə bildirib ki, Azərbaycan bütün səmavi dinlərin ardıcıllarının bir araya gəldiyi, qovuşduğu nadir məkanlardan biridir. Mühüm mövqedə yerləşən Azərbaycanda müxtəlif etnik və dini icmalar arasında milli, irqi, dini ayrı-seçkiliyə heç bir zaman yol verilməmiş, bütün xalqlar, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşamışlar: "Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın böyük bir tarixi mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Tolerantlığı yüksək mədəniyyətin təzahürü kimi dəyərləndirən ulu öndərimizin və onun siyasi xəttini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təminatı, dini-mənəvi dəyərlərin qorunması, müsəlman, xristian, yəhudi və başqa dinlərə məxsus məbədlərin bərpası və təmiri sahəsində böyük uğurlara nail olunmuşdur".Şeyxülislam əlavə edib ki, Azərbaycanda müxtəlif dini konfessiya rəhbərləri arasında səmimi qardaşlıq və səmərəli əməkdaşlıq mühiti hökm sürür: "Biz, ölkəmizdəki pravoslav icmasının başçısı Arxiyepiskop Aleksandr, yəhudi icmasının başçısı Melih Yevdayev, katolik icmasının rəhbəri Vladimir Fekete ilə, hər zaman olduğu kimi, bu gün də bir yerdəyik. Bütün bunlar multikulturalizm ideyalarına sadiq Azərbaycanda mövcud dini-mənəvi mühitin reallığıdır. Müasir dövrün kəskin reallıqlarını izlərkən bu qənaətə gəlmək mümkündür ki, milli və dini zəmində baş verən münaqişələrə qarşı biz ənənəvi dinlərin sülh, ədalət və mənəviyyat prinsiplərindən geniş istifadə edə bilərik. Çünki bizləri bəşər ailəsinin üzvləri kimi birləşdirən, bir-birimizə bağlayan dəyərlər, bizi fərqləndirən və ayıran amillərdən qat-qat möhkəm, dərin və mühümdür".
A.Paşazadə qeyd edib ki, müasir dövrdə bəşəriyyəti narahat edən problemlərin əksəriyyəti daha çox mənəvi mahiyyət daşıyır: "Bəzən dinlərarası münasibətlərə gərginlik gətirilir. Terror əməllərinə dini ideologiya donu geydirilməsi ikrah doğurur. Müxtəlif ölkələrdə İslam dini haqqında məqsədyönlü şəkildə yanlış təsəvvür yaradılır, hətta İslamı terrorla eyniləşdirməyə cəhdlər edilir. Halbuki, kin, nifrət, zorakılıq və təcavüz dünya dinlərinin, o cümlədən, İslamın müqəddəs hökmlərinə ziddir. Bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər. Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən artıq üzləşdiyi - ərazisinin 20 faizinin erməni ekstremistləri tərəfindən işğal olunması və bir milyon insanımız etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ münaqişəsidir. İşğal olunmuş ərazilərimizdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılmışdır. Bu isə dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər".
Onun sözlərinə görə, dünyada sülhün və əmin-amanlığın, cəmiyyətlərdə sağlam mənəvi-əxlaqi mühitin bərqərar olması və ənənəvi dəyərlərin qorunması məsələsində din xadimlərinin səylərinin birləşdirilməsi olduqca önəmlidir: "Biz bəşərin qlobal bəlalardan xilası və insanlığın rifahı naminə birlik və tolerantlığımızı daima qoruyub saxlamalı, onu fəal şəkildə təşviq etməliyik".
Bunu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən digər din rəhbərləri də bir sıra beynəlxalq konfranslarda Azərbaycandakı dini tolerantlıqdan məmnun qaldıqlarını bildiriblər və Dünya Yəhüdi Konqresi Azərbaycanı yəhüdilərin ən azad yaşadıqları ölkə kimi dəyərləndiriblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53