Prezidentdən ciddi kadr islahatları
09:39 06-05-2014
CƏMİYYƏT
Prezidentdən ciddi kadr islahatları
Prezident İlham Əliyev aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsinə dəyişiklik edib. Dəyişiklik nəticəsində komitə sədrinin müavinlərinin sayı 3-ə çatıb.
Məlum olub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yeni – üçüncü müavini də təyin edilib. Ölkə başçısının müvafiq sərəncamı ilə Siyavuş Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub.
Siyavuş Heydərov əvvəllər Milli Təhlükəsizlik Nazirliyi sistemində çalışıb, Vergilər Nazirliyində İstintaq idarəsinin rəis müavini postunu tutub.
Dövlət Komitəsindən aldığımız məlumata görə, Siyavuş Heydərovun kollektivdə təqdimatı olub. Təqdimat mərasimini millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla keçirib.Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.
Digər sərəncamla fövqəladə hallar nazirinin yeni müavini Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur.
Teymur Mehdiyev bu təyinatadək Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsini tuturdu.Daha öncə isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Tapdıq Əhliman oğlu Əmiraslanov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.
Qeyd edək ki, bu təyinatadək Tapdıq Əmiraslanov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müşaviri postunu tuturdu.
Tapdıq Əmirasalanov Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun oğludur.
Digər Xəbərlər
2024-12-25 18:50:09
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00