"Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda konfrans keçirildi
12:34 08-05-2014
SİYASƏT
"Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda konfrans keçirildi
Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda konfrans keçirilib
Konfransda çıxış edən YAP-ın sədr müavini, icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib ki, Azərbaycan Heydər Əliyev yolu ilə inkişaf edir.
Ə.Əhmədov bildirib ki, Heydər Əliyev yeni Azərbaycan yaradılması uğrunda mübarizə aparıb və bunu cəmiyyətin yeni modelinin yaradılmasından ayrı təsəvvür etmək mümkün deyil: "Yeni cəmiyyət modeli demokratik prinsipləri, tolerantlığı, vətəndaş cəmiyyətini əhatə edir. Eyni zamanda, Heydər Əliyevin dünyagörüşündə sosial ədalət fərqli çalarlara malik idi. Sosial ədalət insanların maraqlarının mənəvi, qanun və vətəndaş hüquqları baxımından bərabərliyini nəzərdə tuturdu. Heydər Əliyev birinə qadağan olunan məsələnin digəri üçün icazə verilməsini yolverilməz sayırdı".
YAP-ın sədr müavini Heydər Əliyevin milli-mənəvi dəyərlərə xüsusi önəm verdiyini vurğulayıb: "Azərbaycan cəmiyyəti dünya birliyinin layiqli üzvüdür. Bəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin sintezinə Heydər Əliyev böyük önəm verirdi. Bunun nəticəsində Azərbaycanda yeni uğurlu cəmiyyət modeli qurulub, insanlar rahat yaşayırlar. İnsanların həyatının daim yaxşılaşdırılması bu modeldə əsasdır. Bu, Azərbaycanın iqtisadi sahədə də uğurlarını şərtləndirir".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, YAP sədrinin müavini Akif ?lizadə bildirib ki, Azərbaycan xalqının tarixində tarix yaradan şəxslər az olmayıb. XX əsrdə Azərbaycanda tarix yaradan şəxslərdən biri də Heydər Əliyev olub.
A.Əlizadə qeyd edib ki, istər Sovet hakimiyyəti, istərsə də müstəqillik illərində elm siyasəti quruculuq siyasətinin əsas hissələrindən biri olub. Ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin yalnız SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərə təkan verdiyini xatırladan AMEA rəhbəri qeyd edib ki, ölkənin çoxsaylı elmi uğurları, istehsalat sahələrinin genişlənməsi Heydər Əliyevin elmə verdiyi müstəna xidməti nəticəsində mümkün olub.
A.?lizadə bildirib ki, Azərbaycanda elmin inkişafı üçün hər bir şərait var və AMEA-da bu istiqamətdə köklü islahatlar aparılır. 2020-ci ilə kimi İnkişaf Konsepsiyası əsasında elmin idarə edilməsi, elmin keyfiyyətinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulub.
YAP sədrinin müavini qeyd edib ki, Azərbaycan ziyalıları ölkənin intellektual potensialının inkişafında mühüm rol oynayıblar: "YAP-ın bütün digər xidmətləri ilə yanaşı, həyata keçirdiyi missiya ziyalıların cəmiyyətdəki nüfuz və varisliyinin saxlanmasının təmin edilməsi, intellektual ruhun bir yerə toplanmasıdır. YAP-da təmsil olunan ziyalıların sayı minlərlədir. Bu da deməyə əsas verir ki, YAP intellektualların partiyasıdır".
Konfransda "Heydər Əliyev siyasətində demokratiya və plüralizm" mövzusunda çıxış edən Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib ki, ulu öndər Heydər Əliyev inkişafın iqtisadi islahatlar üzərində qurulmasını ön plana çəkib.
Z.Əsgərov ümummilli liderin demokratik inkişaf yolunda milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verdiyini, ölkədə köklü hüquqi islahatlar apardığını, məhz onun sayəsində Azərbaycan Konstitusiyasının qəbul olunduğunu, siyasi təsisatların formalaşdığını qeyd edib. Vitse-spikerin sözlərinə görə, məhz ulu öndərin apardğı islahatlar sayəsində bu gün Azərbaycan iqtisadi inkişafına görə dünyada 39-cu yerə yüksəlib və sürətlə inkişaf edir.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, "Azərbaycan ailəsi strategiyası" və Uşaq Strategiyasının hazırlanması nəzərdə tutulur.
Hazırda Azərbaycan əhalisinin 50,3 faizinin qadınlar olduğunu xatırladan H.Hüseynova deyib ki, dövlət qulluğunda çalışanlar arasında qadınların sayı artaraq 28 faizə çatıb. Hazırda ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizdir. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və onların xüsusi cəkisi 26,7 faiz olub.
Komitə sədri əlavə edib ki, elmin müxtəlif sahələrində calışan qadınların xüsusi çəkisi 50 faizdir.
Onun sözlərinə görə, ölkədə ailələrin sayı artaraq 2 milyona çatıb. H.Hüseynova artıq Azərbaycanda uşaq hüquqları ilə bağlı qanunvericilik toplusunun formalaşdığını da əlavə edib.
Akademik, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov "Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli" mövzusunda çıxışında qeyd edib ki, Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin ən xarakterik cəhətlərindən biri prioritetlərin düzgün müəyyənləşdirilməsi ilə bağlı olub. Rektor deyib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mühüm strateji xarakterli məqsəd və vəzifələr xalqımızın tam dəstəyini qazanmış Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçiriləcək, ölkəmizin sosial-iqtsadi inkişafı və tərəqqisi sayəsində daha əzəmətli nəticələr əldə olunacaq.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53