Azərbaycana gətirilən avtomobillərin sayı azaldı
Azərbaycana gətirilən avtomobillərin sayı azaldı

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 26 732 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatında bildirildiyinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 005 ədəd və 13% azdır. Ötən ayla müqayisədə isə 4221 ədəd və ya 18,7% çoxdur.
Belə ki, ölkəyə gətirilən avtomobillərin 148 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 23 893 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2 496 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 195 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.