Əmlak Məsələləri Dövlət Komitəsi yeni elektron xidmətlərin təqdimatını keçirdi
Əmlak Məsələləri Dövlət Komitəsi dünən "Daşınmaz əmlakla bağlı elektron xidmətlər yeni mərhələdə" adlı ictimai təqdimat keçirib. Tədbir yeni elektron xidmətlərin, eləcə də daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi ilə əlaqədar elektron xidmətin ictimai müzakirəsinə həsr olunub.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mərkəzi aparatı, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Informasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, aidiyyəti dövlət orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.
Komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, yeni elektron xidmətdən istifadə etməklə vətəndaşlar və əmlak sahibləri dövlət reyestrindən məlumatları internet vasitəsilə əldə edəcəklər. Bununla bağlı ərazi qeydiyyat idarələrinə ərizələrin yazılması, idarələrə müraciət edilməsinə ehtiyac qalmayacaq. Bu xidmət əhali, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün faydalı olacaq.
Sədr müavini qeyd edib ki, komitə 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlayıb. Hazırda 20 interaktiv, 2 informativ xidmət vətəndaş və əmlak sahiblərinin istifadədir. "İlin sonuna qədər elektron xidmətlərin sayı artırılacaq. İl ərzində istifadəyə veriləcək xidmətlərə icarə haqqı borcları haqda məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi haqda məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və başqa xidmətlər olacaq. İndiyə qədər elektron xidmətlər vasitəsilə 51 600 elektron müraciət daxil olub", - deyə R. Cəlilov qeyd edib.
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17