Azərbaycan məmurlarının yaşı və maaşı...
08:38 21-05-2014
İQTİSADİYYAT
Azərbaycan məmurlarının yaşı və maaşı...
Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91 faiz komplektləşdirilib
2014-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,7 min nəfər olub və onların 27,7 faizini qadınlar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, dövlət qulluqçularının 3,7 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76 faizi 4-7-ci təsnifatları üzrə və 20,3 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyir.
Dövlət qulluqçularının 8,4 faizi 1 ilə qədər, 26,3 faizi 1 ildən 5 ilə qədər, 23,6 faizi 5 ildən 10 ilə qədər, 15,4 faizi 10 ildən 15 ilə qədər, 26,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 14,0 faiz, 35-44 yaşda 21,8 faiz, 45-54 yaşda 26,9 faiz, 55-62 yaşda 16,2 faiz, 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,9 faizini təşkil edir.
İşləyənlərin 48,7 faizi 35-54 yaşda olanlardır.
4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 10,5 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,3 faizini baş məsləhətçilər, 4,7 faizini böyük məsləhətçilər, 12,9 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil edir.
Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91 faiz komplektləşdirilmişdir.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53