Səlim Müslümov: "Azərbaycanda yarım milyon əlil var"
15:33 23-05-2014
SİYASƏT
Səlim Müslümov: "Azərbaycanda yarım milyon əlil var"
"Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müqayisə üçün bildirim ki, Azərbaycanda əlilliyin səviyyəsi digər ölkələrə nisbətən aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi belə şəxslərdən ibarətdir".B unu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2015-2020-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsi hazırlanıb. Bu layihə müvafiq dövlət orqanları ilə razılaşdırılması üçün həmin orqanlara göndəriləcək. S.Müslümov əlilliyi olan şəxslərin layiqli həyat səviyyəsi və sosial müdafiə hüququnun təmin edilməsi ilə bağlı müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb: "Respublikada əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyaları, sosial müavinətlər və prezident təqaüdləri ödənilir. Əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, prezident təqaüdü alanların isə 52,2% -i əlilliyi olan şəxslərdir. 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb".
S.Müslümov həmçinin "Sosial xidmət haqqında" Qanuna əsasən, evlərdə və sosial xidmət müəssisələrində ümumilikdə 3666 nəfər tənha əlilliyi olan şəxsə sosial xidmət göstərildiyini bildirib: "Müvafiq qanunvericiliyə əsasən, əlillərin məşğulluğu üçün müəssisələrdə kvotalar nəzərdə tutulub. 2009-2013-cü illərdə məşğulluq mərkəzlərinə müraciət edən 2468 nəfər əlilliyi olan şəxsdən 1089 nəfəri işlə təmin olunub. Belə şəxslərdən 202 nəfəri peşə hazırlığı kurslarına, 60 nəfəri isə haqqı ödənilən ictimai işlərə cəlb olunub".
İndiyədək dövlət hesabına 4300-dən çox əlilliyi olan şəxsə avtomobil, 5000-ə yaxın əlilliyi olan şəxsə isə mənzil verildiyini, cari ildə bu prosesin daha da sürətləndirildiyini qeyd edən S.Müslümov hazırda ölkədə olan əlillərin 15 reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini deyib: "Bu mərkəzlərdə hər il orta hesabla 8000 nəfər dövlət hesabına tibbi-sosial reabilitasiya olunur, 5000 nəfərə yaxın şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilir".
Nazir çıxışı zamanı əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması sahəsində görülən işlərdən də danışıb.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53