Avropa Şurasının Ekspert Qrupu
11:49 24-05-2014
SİYASƏT
Avropa Şurasının Ekspert Qrupu
Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə fəaliyyətini yüksək qiymətləndirib
Avropa Şurasının (AŞ) İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupu (GRETA) Azərbaycana dair ilk qiymətləndirmə hesabatını dərc edib.
Hesabatda insan alverinə qarşı mübarizə sahəsində, eyni zamanda, insan alveri əleyhinə qanunvericiliyin və milli fəaliyyət planlarının qəbul edilməsi, habelə milli əlaqələndiricinin təyin edilməsi və insan alverinə qarşı mübarizə üzrə işçi qrupunun yaradılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar müsbət qiymətləndirilir.
Həmçinin insan alveri sahəsində ictimai məlumatlandırmanın artırılması təşəbbüsləri yüksək qiymətləndirilir. Hesabatda qeyd olunur ki, QHT-lər, eyni zamanda, əmək müfəttişləri və tibbi personalın insan alveri qurbanlarının müəyyən edilməsində rolu onların milli istiqamətləndirmə mexanizmində iştirakının rəsmiləşdirilməsi vasitəsilə gücləndirilməlidir.
İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupunun hesabatında qeyd olunur ki, hökumət istintaqla əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq insan alveri qurbanlarının təhlükəsiz yaşayışı və onlara digər köməyin göstərilməsini təmin etməlidir.
Sənəddə vurğulanır ki, insan alveri qurbanları sistematik şəkildə kompensasiya almaq imkanı haqqında məlumatlandırılmalı və kompensasiya ilə təmin olunmalıdırlar.
Eyni zamanda, GRETA Azərbaycan hökumətini insan alveri ilə bağlı cinayətlərin fəal və səmərəli şəkildə araşdırılması istiqamətində səylərini artırmağa çağırıb. Hesabatda hakimlər, prokurorlar və polis müstəntiqlərinin təlim və ixtisaslaşmasının artırılmasına ehtiyac olduğu vurğulanır.
Qeyd edək ki, bu hesabatın hazırlanmasından öncə GRETA Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən müvafiq qurumlar, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparıb. GRETA-nın hesabatı əsasında Azərbaycan hökuməti üçün tövsiyələrin verilməsi nəzərdən keçiriləcək.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53