Anar Məmmədliyə 5 il 6 ay iş kəsildi
10:22 27-05-2014
SİYASƏT
Anar Məmmədliyə 5 il 6 ay iş kəsildi
Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı.
Məhkəmənin hökmü ilə Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum edildi, Elnur Məmmədova isə 3 il 6 ay şərti cəza kəsildi.
Xatırladaq ki, Anar Məmmədli və Bəşir Süleymanlıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələr ilə, Elnur Məmmədova qarşı isə yuxarıda qeyd olunan maddələrlə yanaşı, mənimsəmə və israf etməyə görə məsuliyyət nəzərdə tutan 179-cu maddənin daha üç bəndi ilə (qulluq mövqeyindən istifadə olunmaqla, xeyli miqdarda ziyan vurmaqla və təkrar törədildikdə) ittiham irəli sürülüb. Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53